Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Roberto Beninyi

Roberto Beninyi (it. Roberto Benigni, d. 27 oktyabr 1952, Kastilyon Fiorentino, Aretsso, Toskana, İtaliya) — italyan aktyor, rejissor, ssenarist və prodüser, "Oskar" və "BAFTA" mükafatları laureatı.Mündəricat
1 Həyatı
1.1 Şəxsi həyatı
2 Filmoqrafiya
2.1 Aktyor
2.2 Rejissor
3 Mükafatlar
4 İstinadlar
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Roberto Beninyi 1970-ci illərdə İtaliya komediya seriallarında çəkilməyə başlayıb. Az sonra məşhur italyan komiki Totonun ənənələrinin davamçısı kimi məşhurlaşıb. İtalya sərhədlərindən kənarda Beninyinin ekssentrik kimliyi o Cim Carmuşun art-haus layihələri olan "Qanundan kənar" (1986) və "Yer üzündə gecə" (1991) filmlərində çəkildikdən sonra şöhrət qazanıb.

Onun əcaibliyi rejissoru olduğu "Həyat gözəldir" filmi 1997-ci ildə Kann kinofestivalının qran-prisini alandan sonra özünə daha çox diqqət çəkib. Qeyri-adi hərəkətləri ilə tanınan aktyor bu mükafatı ona təqdim edən Martin Skorsezenin qarşısında diz çöküb onun əlini öpüb. Film bir neçə nominasiya üzrə "Oskar" mükafatına təqdim olunmuş və "Ən yaxşı kişi rolu" nominasiyasında Beninyiyə qələbə qazandırmışdır.

Bu iki mükafatı qazanandan sonra Beninyinin uzun müddət daha hansı işlər ortaya qoyacağı müzakirə predmeti olmuşdur. 2002-ci ildə nəhayət Beninyinin o vaxt artıq dünyasını dəyişmiş Federiko Fellini ilə birgə planını cızdığı "Pinokkio" filmi ekranlara çıxır. Avropa ölçüləri ilə nəhəng büdcəsinin olmasına baxmayaraq "Pinokkio" uğursuzluqla üzləşmiş və "Qızıl malina" kinomükafatının "İlin ən pis filmi" nominasiyasında qalib olmağa layiq görülmüşdür.

Şəxsi həyatı

Roberto Beninyi 1983-cü ildən aktrisa Nikoletta Braski ilə evlidir. Nikoletta Braski "Həyat gözəldir" filmində Beninyinin arvadı rolunu oynayıb.

Filmoqrafiya

Aktyor
Berlinquer, mən səni sevirəm/Berlinguer ti voglio bene (1977) - rejissor Cüzeppe Bertoluçi
Dodaq pomadasında pələnglər/ Letti selvaggi … The Principal (1979)
Qadın işığı/Chiaro di donna (1979) - rejissor Konstantin Kosta-Qavras
Sığınacaq istəyirəm/ Chiedo Asilo (1979)
Ay/La luna (1979) - rejissor Bernardo Bertoluççi
Vəhşilərin çarpayıları (Gilmor epizodu)/Letti selvaggi (1979) - rejissor Luici Zampa
Senanın günləri/I giorni cantati (1979) - rejissor Paolo Pyetrangeli
Papoççio/Pap’occhio (1980) - rejissor Rentso Arbore
Sup/Il minestrone (1981) - rejissor Sercio Sitti
Şəxsi əşyalar/Effetti personali (1983) - rejissor Cüzeppe Bertoluççi
Sən məni narahat edirsən/Tu mi turbi (1983)
..../Tuttobenigni (1983) - rejissor Cüzeppe Bertoluççi
Əlvida, Enriko Berlinger/L’addio a Enrico Berlinguer (1984)
Ancaq ağlamaq qalır/Non ci resta che piangere (1985)
Qanundan kənar/Down by Law (1986) - rejissor Cim Carmuş
Kofe və siqaret/Coffee and Cigarettes (1986) (qısametrajlı film)
Şeytança/Il Piccolo Diavolo (1988)
Ayın səsi/La Voce Della Luna (1990)
Conni-Dişqurdalayan/ Johnny Stecchino (1991)
Yer üzündə gecə/Night on Earth (1991)
Çəhrayı panterin oğlu/Son of the Pink Panther (1993)
Seks-terrorçu/Il mostro (1994)
"Həyat gözəldir"/La vita è bella (1997)
Asteriks və Obeliks Sezara qarşı/Asterix et Obelix contre Cesar (1999)
Pinokkio/Pinocchio (2002)
Katerina şəhərdə/Caterina va in città (2003) - rejissor Paolo Virzi
Kofe və siqaret/Coffee and Cigarettes (2003)
Pələng və qar/La tigre e la neve (2005)
Komediya/La commedia(2010) - rejissor Amos Po
Roma sərgüzəştləri/To Rome with Love (2012)

Rejissor
Sən məni narahat edirsən/Tu mi turbi (1983)
Ancaq ağlamaq qalır/Non ci resta che piangere (1985)
Şeytança/Il Piccolo Diavolo (1988)
Conni-Dişqurdalayan/ Johnny Stecchino (1991)
Seks-terrorçu/Il mostro (1994)
"Həyat gözəldir"/La vita è bella (1997)
Pinokkio/Pinocchio (2002)
Pələng və qar/La tigre e la neve (2005)

Mükafatlar
"İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordenin böyük xaçının kavaleri (2005) [1]
Ən yaxşı kişi roluna görə "BAFTA" mükafatı (1998) - "Həyat gözəldir" filmindəki roluna görə.


Tarix: 07.02.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 506 Bölmə: Aktyorlar
loading...