Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceki Çan

Ceki Çan (əsl adı Chan Kong Sang 陳港生 və ya Jackie Chan Sing Lung, 7 Aprel 1954, Honq Konq) – Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejisor, müğənni,döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu.Mündəricat
1 Həyatı
2 Film karyerası
3 Şəxsi həyatı
4 Filmoqrafiya
5 Həmçinin bax
6 İstinadlar
7 Ədəbiyyat
8 Xarici keçidlər


Həyatı

Ceki Çan kasıb Honq Konq ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honq – Konqa göndərdilər. Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera məktəbində təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdü unların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmışdı. Bu təhsil ocağında Ceki digər oğlan uşaqları ilə birlikdə oxuyurdu. Həmçinin bu təhsil mərkəzində Ceki dissiplin, durmadan idman qaydalarını öyrənmək kimi müxtəlif yönlərini də inkişaf etdirdi. Demək olar ki, hər bir oğlan uşağı günün yarısından çoxunu idmanla və müxtəlif məşq növləri ilə vaxtlarını keçirirdilər, hətta hər gün saat günorta 5 – dən tam gecə düşənə kimi məşq etmək məcburi idi. Əgər kimlərsə öz dərslərindən və verilən tapşırıqlardan geri qalırdısa, bu zaman o, güclü şəkildə cəzalandırılır, bəzən isə cismani təzyiqə məruz qalırdı. Bütün bu struktur buradakı gənclərin cəsur, güclü ruha malik olan və durmadan özünü birinci görmək istəyən insanlara çevirdi. Heç nəyə baxmayaraq onlarda yaranan birincilik ruhunu xüsusi nəzərə çatdırmaq lazımdır.

Film karyerası

Ceki Çan və Cet Li

Ceki Çan Hollivudda

Ceki Çan və Barak Obama

Ceki Çan pilotçu formasında

Belə məşqlərin daim edilməsi, məktəbi bitirən vaxt Ceki kimi gənclərin tez iş tapması ilə nəticələnirdi. Beləliklə Ceki tezliklə bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başladı. Çox keçmədi ki, Ceki ətrafda ən yaxşı və qorxulu işləri yerinə yetirən dublyor kimi tanındı. Artıq o, Asiyada ən hündür tullanan insan kimi də məşhur olmuşdu. Bu Asiya kinomatoqrafiyasında ilk hadisə kimi tarixə keçdi və Cekini artıq tək dublyor kimi yox, hətta bir çox kinolarda ikinci sürətlərin də ifaçısı kimi istifadə etməyə başladılar. Özünün birinci əhəmiyyətli və ciddi rol təklifini isə 1975–ci ildə "The Little Tiger of Guangdong" adlı filmi üçün aldı. Həmçinin elə həmin il də ikinci təklifi əfsanəvi Jonna Baya aid olan " Əlin ölümü" / "Hand of Death" adlı filmdən aldı. Brus Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun əksi adlandırırdılar. Hətta rejissor Lo Vey ona Sing Lung adını da vermişdi. Bu adın mənası isə "əjdaha olmaq" kimi səslənirdi və hamıya da məlumdur ki, yalnız kino aləmində Brus Li əjdaha adlandırılırdı.

Ceki rejissor Lo Veyanın tam altı filmində rol aldı və xatırladaq ki, onların heç biri uğur əldə etmədi. Çünki rejissor daha çox Cekini Brus Liyə bənzətməyə çalışır və onu özündən uzaqlaşdırırdı. Bu hadisələrdən sonra Ceki öz imicində köklü dəyişikliklər etməyi qərarlaşdırdı və artıq kinolarını çəkərkən yalnız adi oğlan kimi özünü qələmə verdi. Yəni filmlərində artıq o, hansısa güclü bir şəxs deyildi, tam əksinə bizlərdən biri idi. Bununla yanaşı kinolarında xüsusi xırda zarafatlara və adi əşyalardan istifadə ilə yaradılacaq hərəkətlərə yer verməyə başladı. Qeyd edək ki, bunların hamısını Ceki özü düşünür və qərar verirdi. Bu növdə yaradılmış hərəkətlər isə unudulmazlığı ilə seçilir və sevilirdi.

Cekinin özü üçün düşündüyü bu formul çox əla nəticələndi və onun yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusi ilə "Sərxoş usta" / "The Drunken Master" və "Qorxusuz kaftar" / "The Fearless Hyena" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Cekinin uğuru düşünülməz dərəcədə qalxdı və o, Honq – Konqda ən bahalı aktyor adını qazandı. Bundan sonra o, özü ssenari yazmağa başladı və öz kinolarının rejissoruna çevrilərək, hətta onlara aid musiqilər də yazırdı. Bir sözlə o, kino – konveyerinə çevrilmişdi.

Ancaq demək yerinə düşərdi ki, belə güclü və səbirli işlə məşğul olmaq Çekidən artıq dərəcədə qurban tələb edirdi. Bütün lazım olan hərəkətləri özü etmək üçün o, dublyordan istifadə etmədi və buna görə də sümüklərinin hamısını qırmışdır. Hələ bədənində elə sümüklər var ki, onlar bir neçə dəfə qırılmışdır. Ceki bu prosesləri praktik olaraq adi hal saysa da, lakin onunla işləyən dublyorların çoxu müəyyən filmlərdən sonra bir daha onun təklif qəbul etməmişlər. Bunun nəticəsi olaraq Ceki özünə məxsus bir kino kompaniya açdı və şəxsi dublyorlarını yetişdirməyə başladı. Onun açdığı agentlikdə talantlı və bacarıqlı gənclərin axtarışı gedirdi.

Yalnız Asiyanı bürüyən işləri Cekini sakitləşdirə bilmədi və bütün Amerikanı ələ almağı özündə qərarlaşdırdı. Onun bu işdə yolu heç də güllərlə bəzədilməmişdi, çünki ABŞ–da demək olar ki, onun işlərini heç kim tanımırdı və fikir də vermirdilər. İngilis dilini bilməməsi isə onun öz filmlərindən normal şəkildə gəlir götürməyə belə imkan vermirdi. Beləliklə Cekinin ABŞ bazarına çıxartdığı kinosu heç nə ilə nəticələndi, lakin bu hələ son demək deyildi.

1994–cü ildə MTV Çana kino mədəniyyətinə bəxş etdiyi həyati qiymətinə görə mükafat verdi və bundan sonra Ceki yenidən ikinci dəfə Amerikaya üz tutmağı qərarlaşdırdı. Həmin dövrdə Cekinin New Line Cinema and Golden Harvest şirkəti ilə birgə hazırladığı "Bronksedəki mübahisə" / "Rumble in the Bronx" adlı filmi rekord qırdı və eyni anda 10 milyon dollar pul yığdı, nəticədə milli hit paradların birinci yerinə yüksəldi. Bunda sonra Cekiyə gələn təkliflər bir–birinin ardınca davam etməyə başladı və 1996–cı ildən etibarən Miramax adlı kino studiyası iki film çəkmək üçün Cekini dəvət etdi. "Detektiv" / Crime Story və "Beşinci usta 2" / "Drunken Master II" onun ABŞ – da əldə etdiyi ilkin uğurlar sırasına qatıldı. Qeyd edək ki, yuxarıdakılar "Mübahisə" filmindən əvvəl çəkilmişdir. 1997–ci ildə aktyor "Birinci zərbə" / "First Strike" adlı filmi ilə işə başladı. Bu kinoda o, Honq–Konq polisini canlandırır və FBİ , Rusiya ilə birlikdə nüvə başlığı uğrunda mübarizə aparır. Bundan sonra isə ekranlarda "Cənab sərt" / "Mr. Nice Guy" adlı filmi görünməyə başladı.

Ceki Çan Kann Festivalında

Ancaq ən böyük maraq oyadan, daha çox diqqət cəlb edən, pərəstişkarlar tərəfindən sevilən və tənqidçilər tərəfindən istifadə olunan kino film isə "Pik saatı" / "Rush Hour" adlanırdı. Bu kinoda Ceki komediya rollarında daha çox oynayan amerikan aktyoru Kris Takerlə birlikdə oynamışdır. Hər ikisi polis obrazını canlandırır və Çindən olan Ceki ilə bu iş prosesində kolleqa olurlar.

Maliyyə cəhətdən bu filmdən heç də geridə qalmayan ikinci "Pik saatı" kinosu çəkildi. Həmin kino isə 2001 – ci ildə tamaşaçıların diqqətinə buraxıldı və tam 10 həftə ümumi miqdarına görə 200 milyon dollara yaxın pulun qazanılması ilə nəticələndi.

Bütün bunlara baxmayaraq Ceki hazırda dünyada ən məşhur şəxslərdən biridir, lakin diqqət mərkəzinə çevrilsə də, bütün jurnalistlər onunla yaxından münasibət qursa da, aktyorun ailəsi və şəxsi həyatı haqqında böyük məlumatları heç kim əldə edə bilmir, bu həmişə böyük sirr olaraq qalır. Onun nigahı ərəfəsində bir neçə pərəstişkarının özünü öldürməsi, Cekinin bir daha bu mövzularda heç bir açıqlama etməməsi ilə nəticələndi. İrəli sürülən fikirlərə əsasən onun evlənəcəyi gün bir neçə qız, Cekini çox sevdiyinə görə bununla razılaşmayıb və özlərinə sui – qəsd edərək öldürüblər. Həmçinin oğlu bu evlilik nəticəsində dünyaya gəlmişdir. Qızı isə Çinin tanınmış top modellərindən biri ilə evlilikdən kənar edilmiş münasibət nəticəsində anadan olmuşdur. Həmin vaxt modelə verilən sualda o, bütün televiziya izləyicilərini verdiyi cavabla şoka salmışdır. Öz övladının atasını Ceki adlandırmaqla, bütün pərəstişkarları və cəmiyyət sanki eşitdiklərinə inanmırdı. Elə bu zaman Ceki Çan mətbuatla görüş edərək, bütün bunların həqiqət olduğunu vurğulamış və etdiyi hərəkətə görə yalnız arvadından, bir də öz oğlundan üzr istədiyini dilə gətirmişdir. Keçmişdə olan bütün mübahisələrə baxmayaraq hazırda aktyorun iki övladı var və o, bununla çox xoşbəxtdir.

Berlin və berlin Ayıları: 2003-cü ildə "Dünya ətrafında 80 günə səyahət" bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayılarla fotoşəkil çəkdirmişdir[1]. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan təşkil etmişdir ki, Ayılar Hon Konqa da gəlsinlər[2],. Sərginin açılışında Ceki UNİCEF və uşaqlara yardım göstərən başqa iki təşkilatlar üüçün 1,5 milyon Hon Konq dolları məbləğində qəbzləri bağışlamışdır.

Şəxsi həyatı

Ceki Çan 1982-ci ildə Tayvanlı aktrisa Lin Feng-Jiao (Joan Lin) ilə evləndi. Eyni il iki oğlu oldu. Oğullarından biri müğənni və aktyor Ceysi Çandır. 1990 Miss Asiya Gözəlik yarışmasının birincisi olan Elaine Ng Lei 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqladı və cəmiyyət fərziyyələrindən sonra Ceki Çan ilə bir əlaqə yaşadığını eşitdirdi. Qısa müddət sonra Elaine Ng yeləs(n)i, 19 Noyabr 1999 tarixində Ətdə Ng Chok Lam adında bir qız uşağı doğurdu. Ceki Çan isə "Yalnız Dünyadakı hər adamın etdiyi bir səhv etdiyini" qəbul edərək cavab verdi. Ancaq Elaine, Jackie Chan olmadan qızının çarəsinə baxmağa qərar verdiyini açıqladı.

Filmoqrafiya
Əsas məqalə: Ceki Çanın filmoqrafiyası


Tarix: 07.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 807 Bölmə: Aktyorlar
loading...