Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salman Bayramov

Salman Bayramov — azərbaycanlı aktyor.

Həyatı

Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır.

Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin").

Filmoqrafiya
Nə gözəldir bu dünya... (film, 1999)
Ovsunçu (film, 2003)
Bir dəfə Qafqazda (film, 2007)
Dayanacaq (film, 2009)
Səhərə inan... (film, 2011)


Tarix: 04.02.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Aktyorlar
loading...