Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliheydər Həsənzadə

Əliheydər Həsənzadə (Heydər Həsənzadə) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti.Mündəricat
1 Həyatı
2 Ailəsi
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub.

Ailəsi

Əliheydər Həsənzadənin dörd övladı var. Böyük oğlu Ələkbər Həsənzadə görkəmli səs rejissoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Rusiyanın ən yüksək kino mükafatı "NİKA" mükafatı və Rusiya Dövlət Mükafatı laureatıdır. İkinci oğlu Tərlan Həsənov görkəmli cüdo ustası, əməkdar məşqçi, cüdo idman növünün Azərbaycanda ilk yaradıcısı və təsisçisi, bir çox çempionların, olimpiya çempionlarının müəllimidir. Qızı Cananə Xəlilova (Həsənzadə) uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor sənətindən dərs demiş, bir çox yetirmələri Azərbaycanın görkəmli mədəniyyət xadimləridir.
Səs rejissoru Ələkbər Həsənzadənin atasıdır.
Azərbaycanın görkəmli cüdo ustadı Tərlan Həsənovun atasıdır.
Səs rejissoru Tariyel Həsənzadənin babasıdır.
Aktrisa Nigar Həsənzadənin babasıdır.

Filmoqrafiya
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: heykəlin yanındakı adam
Bayquş gələndə (film, 1978)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bizim Cəbiş müəllim (film, 1969)
Böyük dayaq (film, 1962)
Çardaş (film, 1973)
Əgər bir yerdəyiksə (film, 1975)
Əhməd haradadır? (film, 1963)
Faytonçu (film, 1979)
General (film, 1970)
Kölgələr sürünür (film, 1958)
Qara daşlar (film, 1956)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
O olmasın, bu olsun (film, 1956)
Romeo mənim qonşumdur (film, 1963)
Sevil (film, 1970)
Şərikli çörək (film, 1969)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Ulduz (film, 1964)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)


Tarix: 06.02.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Aktyorlar
loading...