Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Rəsulov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Rəsulov Vaqif Nəcəf oğlu (03.06.1934) 1967-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib Ş.Qurbanov adına Musiqili Komediya teatrında aktyor kimi fəaliyyətə başlayan V.Rəsulov 1968-ci ilin avqust ayında Sumqayıt ilk Dövlət Gənclər teatrının açılması ilə əlaqədar bir qrup yaradıcı heyətlə birgə xüsusi göndərişlə Sumqayıta gəlmişdir. Bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında fasiləsiz işləyən V.Rəsulovun repertuarında yüzlərlə xarakterik obrazlar tamaşaçıların qəlbində qalmışdır. Onlardan:M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah" – Dərviş, J.Petrik " Qəribə missis Səviç" – Tit, C.Cabbarlı "Sevil" – Balakişi, "Solğun çiçəklər"-Həmzə, N.B.Vəzirov "Müsibəti Fəxrəddin"-Vəli, S.Rəhman "Toy" -Mirzə Hüseyn, Əfqan "Gülməyən adam"-Polad, Y.Əzimzadə "Nəsrəddin"- Qazı, A.Makayonok "Tribunal" -Komendant, A.Məmmədov " Həmyerlilər"-Maşallah, S.S.Axundov "Tamahkar"-Hajısaleh, R.Heydər "Paralelimin nəbzi" – Kölgə, N.Hikmət "Demoklisin qılıncı" – Polis, Anar "Adamın adamı" – Soltan, K.Bakaryev "Poladəridənlər" – Pekta, N.Həsənzadə "Bütün Şərq bilsin" – Kəllə, Ə. Əylisli "Bağdada putyovka var" – Kişi, V.Səmədoğlu "Bəxt üzüyü"- Sercant, Ə.M.Lələdağ "Dağlarda tufan" – Sərkis, F.Kərmzadə "Şah İsmayıl" – Elçi, M.Haqverdiyev "Fədakarlıq" – Nəsir və sairləri göstərmək olar.

Filmoqrafiya
Yük (film, 1995)


Tarix: 05.02.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 321 Bölmə: Aktyorlar
loading...