Dondurmalar → Südlü Dondurma
Lazım olan ərzaqlar:
2,5 stəkan süd,
1 stəkan şəkər tozu,
4 ədəd yumurta
vanilin.
Hazırlanma qaydası:
Yumurtanın sarısınin üzərinə şəkər əlavə edib möhkəm qarışdırılır və ona vanilin əlavə edilir. Sonra alınan qarışıq qazanda isti südün içərisinə tökülərək, taxta qaşıqla mütəçadi olaraq odun üzərində qarışdırılır. Qazandakı qarışıq nisbətən qatlaşandan və üzündəki köpüyü yox olandan sonra odun üzərindən götürülüb, ələkdən və yaxud bir neçə qat tənzifdən süzülərək soyudulur. Soyudulmuş kütlə dondurma qablarına yiğilaraq, soyuducuda dondurulur Ardı »