Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaymaqlı Dondurma

Lazım olan ərzaqlar:

2 stəkan süd

2 stəkan qaymaq

5 iri yumurta sarısı

3/4 stəkan şəkər tozu

2 çay qaşığı vanil ekstaktı


Hazırlanma qaydası:

Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə. Qaynatdığınız süd-qaymağı təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun – ən az 3 saat ərzində, ən çox isə bir gecə ərzində. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa qoyun. Təxminən 45 dəqiqə sonra çıxarıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və daha qaymaqlı olsun. Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin.


Tarix: 18.12.2012 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 477 Bölmə: Dondurmalar
loading...