Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləpəli dondurma

Yayın ən dadlı deserti

Ərzaqlar:

200 qram ləpələrin qarışığı (badam, fındıq, püstə, qoz ləpəsi)

100 qram şəkərlənmiş meyvələr ( albalı, portağal, ananas)

100 qram acı şokolad (59%)

500 ml qaymaq (35%)

4 ədəd yumurtanın sarısı

90-100 qram şəkər tozu

bir çimdik vanilin


Hazırlanma qaydası:

Badam, fındıq, püstə, qoz ləpələrini xırdalayıb, tavada 5 dəqiqə ərzində qarışdıraraq, qovurun. Şokoladı iri-iri, şəkərlənmiş meyvələri isə xırda kubik formasında doğrayın.

Yumurta sarısını şəkər tozu ilə çalıb, üzərinə bir çimdik vanilin əlavə edərək, qarışdırın. Sonra vam odda 4-5 dəqiqə ərzində şəkər tozu tam əriyənə qədər bişirin. Sonra bişmiş kremin üzərinə doğranılmış şokolad, badam, fındıq, püstə, qoz ləpələrini və şəkərlənmiş meyvələri töküb, qarışdırın.

Soyudulmuş qaymağı yaxşıca çalıb, kremin üzərinə əlavə edərək, qarışdırın.

Keks bişirmək üçün xüsusi forma qabına yeyinti məhsullar üçün salofan paketi sərib, üzərindən kremi tökərək, bərabər şəkildə yayın. Sonra desertin üzərindən salofan paketi örtüb, 12 saat ərzində dondurucu kamerada saxlayın.

Dondurulmuş deserti soyuducudan çıxarıb, 20 dəqiqə ərzində kənara qoyun.

Sonra deserti səliqəli çevirib, forma qabından və salofan paketindən çıxararaq, 5-10 dəqiqə ərzində kənara çəkib, saxlayın.

İstəsəniz desertin üzərindən bal və ya mürəbbə şirəsi tökün. Nuş olsun!


Tarix: 18.12.2012 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Dondurmalar
loading...