Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarVampir qəbirləri tapılıb

Bolqarıstanda aparılan arxeoloji qazıntı işləri zamanı iki vampir məzarı aşkarlanıb. Məzarlardakı skeletlərin ikisinin də sinələrində, ürək nahiyələrində dəmir pazlar vardı. Alimlərin fikrincə, bu dəmir pazlarla qətlə yetirilmiş adamları müasirləri qaniçən, vampir saydıqları üçün belə öldürüblər. Sozopol şəhərinin yaxınlığında aşkarlanmış qəbirlər orta əsrlərə aiddir. Be...lə xəstəliyə tutulmuş adamda tər vəziləri atrofiyaya uğrayır, dəri perqament rəngi alır və qurulaşır. Həmin xəstəliyin daşıyıcısı olan insanlar günəş altında qala bilmirlər: onların bədəni dərhal qızır, dəridə yanıqlar əmələ gəlir. Xəstəlik dişlərdə distrofiya yaranır, ağızda nazik və iti dişlər əmələ gəlir Ardı »

Maraqlı MelumatlarƏn yüksək yaşayış göydələni

Nyu-Yorkda 426 m hündürlüyü olan dünyanın ən yüksək «432 Park-Avenyu» yaşayış göydələninin tikintisi başa çatıb. Bu bina Nyu-Yorkda ən hündür ikinci tikilidir. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib.

Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyu 96 mərtəbədən ibarətdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla «432 Park-avenyu» adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.

Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər.

İlk sakinlər Ardı »

Maraqlı Melumatlar200 000 qarışqadan əsər

Kaliforniyalı rəssam Kris Trumen 200 min ölü qarışqadan panno (kətan üzərində çəkilmiş böyük şəkil) hazırlayıb.
Trumen, əvvəlcə, öz gücünə lazımı qədər qarışqa tutmaq qərarına gəlib. Lakin bunun üçün bir neçə il keçəcəyini görən rəssam internetin köməyindən istifadə edib.
Belə ki, qarışqalar internetlə heyvan qidası kimi satılır. Trumen qarışqaları 40 min ədəd olmaqla, dəstə ilə alıb. Hər bir dəstənin qiyməti isə 500 dollar olub.
Nəticədə, rəssam qarışqalara cəmi 2500 dollar pul xərcləyib. O, maqqaşla ölü qarışqaları elə yerləşdirib ki, nəticədə, rəssamın uşaqlıq şəkli alınıb.
Rəsm əsərinə bir neç il vaxt sərf etdiyini söyləyən Trumen bəzən qarışqalara yazığı gəldiyini də qeyd edib. Buna Ardı »

Maraqlı MelumatlarSeçim qarşısında qaldıqda

Kiçik sorğu: Təsəvvür edin ki, qatarda gedirsiniz və maşinist ani olaraq ölür. Siz bilirsiniz ki, heç bir müdaxilə etməsəniz, qatar qəza edəcək və 10 sərnişin dəqiq öləcək. Edə biləcəyiniz yeganə müdaxilə isə qatarı sağdakı yola çıxarmaqdır və bu yolda relsləri düzəldən 3 ustanın üzərindən keçib onları öldürəcəksiniz. Siz müdaxilə edərsiniz, yoxsa kənarda qalarsınız?

Biz sadəcə etdiklərimizə görə məsuliyyət daşıyırıq, yoxsa edə biləcəyimiz halda etmədiklərimizə görə də? Hərhansı böyük pis bir hadisənin qarşısını ala bilmək üçün kiçik pis addımlar atarsınızmı? 10 nəfərin həyatını xilas etmək üçün 3 nəfərin həyatına son qoyarsınızmı? Ardı »

Maraqlı MelumatlarStüardessa: səmada stil və moda

Dünyada ilk qadın stüardessa tibb bacısı olan Ellen Çerç hesab edilir. 1930-cu il 15 may tarixində o, ilk uçuşunu etmişdir.

24 yaşlı Ellen 8 qızla bərabər “Boinq” kompaniyasında bort baxıcısı vəzifəsinə təyin olundu, onlar müasir stüardessaların vəzifələrini yerinə yetirirdilər. Ellen Çerç ilk qadın stüardessadır, ondan əvvəl bu vəzifəni yalnız kişilər (stüart) icra edirdilər.

Onlar ayrı-ayrılıqda sərnişinləri və onların əşyalarını tərəzidə çəkirdilər. Təyyarəyə yanacaq doldururdular və hətta təyyarələri uçuşdan sonra dayanacağa çəkirdilər. O zamanlar stüardessa işləmək istəyənlərin xüsusi miniatür parametrlərdə olması tələb olunurdu. Belə ki, onların boyu 160 sm-dək, çəkisi isə maksimum 50 kq olmalı idi. Hal-hazırda isə müxtəlif aviakompaniyalarda stüardessa üçün müxtəlif Ardı »

Maraqlı MelumatlarCətir haqqında

Çətir insanları yağışdan və günəş şüalarından qoruyan əşyadır.
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə «umbrella» sözü latıncada kölgə mənasını verən «umbra» kəlməsindən yaranmışdır.
E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.
Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər. Yağlı Ardı »

Maraqlı MelumatlarMaraqli faktlar_2

1.1992-ci ildə Türk arxeoloqları müəmmalı bir sərdabə aşkar etdilər. Onlar bu sərdabədə qəribə bir cəsəd gördülər. Cəsədin yarısı insan,yarısı isə timsahdır. İndi dünya alimləri bu araşdırma qarşısında acizdirlər. Bəziləri elə düşünür ki,insan skletini timsaha calalayıb mumyalayıblar, o da maraqlıdır ki, cəsədin insan skeleti ilə timsah skeletinin birləşdiyi yer təbii bitişikdir. Hələlik bu müəmmalı məxluq sirr olaraq qalır.

* * *

2.Məkkə şəhərində bir sirli bir qız var. O ağlayarkən onun sağ gözündən kiçik dairələr şəkilində yaş damcıları tökülür. Bu damcılar qəhvəyi rəngə daşa çevrilir. Daşların gəlişi davam edir. Həkimlər qız üzərində müayinə apararaq bildiriblər ki,qız sağlamdır və daşlar qiymətlidir. Bu hadisə müəmmalı olaraq Ardı »