Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Melumatlarİyrənclik

Dünyanın ən bahalı qəhvəsi fil ifrazatı vasitəsilə hazırlanır. Fillərə təmiz qəhvə dənələri verilir. Fil yedikdən sonra isə ifrazatındakı həmin dənələr yenidən toplanır.
Sonra onu toz halına gətirib satırlar. Bu cür qəhvənin özünəməxsus qoxusu və dadı olur. Black Ivory adlanan bu qəhvənin bir kiloqramı 1100 dollardır. İfrazatlı qəhvə təkcə fillərdən alınmır. Dünyada müxtəlif nadir növ ceyrandan, pişikdən də bu cür qəhvələr alınır. Ardı »

Maraqlı MelumatlarÇirkin olmağın faydaları

“Oxford” və “Southampton” universitetlərində aparılan araşdırmalara görə, çirkin olmağın da öz üstünlükləri var. Məsələn, böyük qulaqlar qocalanda daha yaxşı eşidəcək, böyük burun daha az infeksiya tutacaq, bir sözlə hər şeyin öz faydası var...

İri ombaların xeyri
Araşdırmalara görə, iri ombalar zərərli xolesterolun qarşını alıb, damar sərtləşmələrinə qarşı qoruyucu funksiyası olan xoşxassəli xolesterolu yüksəldir. Oksford Universitetinin tədqiqatlarına görə, iri omba diabet riskini də ortadan qaldırır. Ombadakı və ayaqlardakı yağlar xoşxassəli olsa da, qarın ətrafı yağlar zərərlidir.

Böyük qulaqların xeyri
Böyük qulaqlar qocalıqda yaranan eşitmə zəifliyinin qarşısını alır. Həkim Ralf Houmun dediyinə görə, qulağımızın ətrafı səsləri mərkəzləşdirməkdə vacib rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əlini qulağının Ardı »

Maraqlı MelumatlarQəpiklərin kənarları niyə hamar deyil?

Lidyalılar zamanında icad edilən pul, insan həyatına damğasını vuran ən əhəmiyyətli simvollardan biridir.Kağız icad edilənə qədər qızıl, gümüş və s. qiymətli metallardan hazırlanan pullardan geniş istifadə olunurdu.O dövrün saxtakarları bu pulları kənarlarından qazıyaraq, çox miqdarda olmasa da, müəyyən qədər qiymətli metal əldə edər və pulu yenidən istifadə edərdilər. Qədim pulların tam yumru olmamasının səbəbi də budur.
Pulların zədələndiyinin fərqinə varan tacirlər onu qəbul etmir və bütün pullar avam əhalinin əlində qalırdı.Bu problemi həll etmək üçün qəpiklərin kənarları tırtıllı edilməyə başlandı.Bu tırtıllar sayəsində, pulun kənarının qazındığı dərhal müəyyən olunurdu və kənarı qazınmış pulu heç kim qəbul etmirdi.
Bu adət, günümüzə qədər Ardı »

Maraqlı MelumatlarOsmanlı şilləsi (Osmanlı tokatı)

Osmanlı dövründə döyüşə gedilərkən, ölkədə nə qədər dəli ya da görünüş baxımından əli-ayağı əyri, qulyabani tipli insan varsa hamısı toplanar və ordunun ən ön sırasında düzülərmiş.Məqsəd, düşmənin psixologiyasına mənfi təsir etməkmiş.
Bir sonrakı sırada isə, «daltarrak» deyilən adamlar düzülərmiş. Bunlar isə, saraya kiçik yaşda alınan qeyri-müsəlam uşaqlar imiş. Kiçikliklərindən etibarən yalnız düyü və xəmir xörəkləriylə bəslənib qüvvətli olmaları təmin edilərmiş. Digər tərəfdən də, hər gün yağlı əlləri ilə mərmər dirəyi şillələyib idman edərlərmiş. Beləliklə əlləri möhkəmləşəib beton kimi olarmış.

Orduya qəbul olunmaq üçün belə bir qayda var imiş: Mərməri şillələyərək sındıra bilməyəni orduya götürməzlərmiş.
Bu «daltarrak»lar döyüşdə əliyalın, düşmən Ardı »

Maraqlı Melumatlarİmelda Marcos Sindromu-Ayaqqabı asılılığı

Ayaqqabı asılılığı sindromu olan “İmelda Marcos Sindromu” adini Fillippini köhnə diktatoru Ferdinand Marcosun həyat yoldaşı İmelda Marcosdan alıb.

Ferdinand Marcosun başçılığı zamanında xalq çox ağır yoxsulluq keçirərkən Marcos cütlükləri lüks həyatlarından heç əl çəkmirlər.

İmelda Marcos Avropa və Amerikda 5 milyon dollarlıq alş-veriş səyahətlərinə çıxır. Bu vəziyyətə dözə bilməyən xalq üsyan edir və Marcos hakimiyyəti ilə lüks həyatı sona çatır. Hökümət dağılıb, Marcosun malikanəsinə basqın edildikdə Filippin televiziyası qarşılaşdıqları ayaqqabıları bütün dünya xəbər agentliklərinə flaş xəbər olaraq keçir.

Filippin, Marikinada açılan ayaqqabı muzeyində İmelda Marcosun 2700 cüt ayaqqabısı sərgilənir. Buna bağlı olaraq da Marikina, Filippinin ayaqqabı paytaxtı olaraq bilinir.

Hökümətin Ardı »

Maraqlı MelumatlarÖlüm ayağında 5 peşmanlıq

Görəsən insanlar ölüm ayağında olarkən ən çox nə haqda düşünürlər? Nəyə görə peşmanlıq keçirirlər?

Bu yaxınlarda Avstraliyada çıxan bir kitab məhz bu mövzudan bəhs edir. Kitabın müəllifi ölüm ayağında olan xəstələrlə işləyən tibb bacısı Bronni Varedir. O, təqaüdə çıxdıqdan sonra öz təcrübəsindən yararlanaraq insanların ölüm ayağında olarkən, son günlərini yaşayarkən ən çox nəyə peşman olduğunu yazıb.

“Ölüm ayağında 5 peşmanlıq” («The Top Five Regrets of the Dying”) kitabına istinadən insanların həyatlarının axırında təəssüfləndiyi 5 məqam bunlardır:

Öz həyatını yaşamamaq
son peşmanlıq“Gərək başqalarının məndən gözləntilərinin əvəzinə öz istədiyim həyatı yaşamaq cəsarətim olaydı”. Kitabın müəllifi hesab edir ki, insanlar həyatlarının bitdiyini dərk edəndə arzuladıqları şeylərin böyük Ardı »

Maraqlı MelumatlarBilyard haqqında

Almanlar billardspiel, Fransızlar billiard, İngilislər billiard deyir. Üstünə çuha salınmış, arduvazla örtülmüş düzbucaqlı bir stolda, istaka deyilən uzun bir çubuq və dəyişən sayda toplarla oynanan müxtəlif oyunlara verilən addır bilyard. Stolun kənarlarına içdən yerləşdirilmiş rezin lentlər də eyni parçalarla örtülür. «Karambol» da deyilən Fransız bilyardı dəliksiz stolda oynanılır.

İngilis bilyardı snooker və o biri dəlikli bilyard oyunları hər küncündə və uzun kənarlarının ortasında bir cəmi altı dəliyi olan stolda oynanılır. Bilyard ilk dəfə 15-ci əsrin ortalarında Fransada oynanmağa başlandı. Sonrakı əsrlərdə müxtəlif Avropa ölkələrində və ABŞ-da yayıldı.

Bilyard növləri təməldəki bənzərliyə baxmayaraq dəyişik oyun qaydalarına görə oynanılır. Üç bantlı bilyard, Fransız bilyardı, Ardı »

Maraqlı Melumatlar13 rəqəmi !!!

, sayılan 13 rəqəminin sirlərini açmaq istədim.hamının yaddaşında pis rəqəm kimi sayılan 13-dən niyə hamı qorxur???doğurdanmı 13 düşərli rəqəm deyil??!!!
13-ün bu günə qədər tapılmış tərəfləri:
***Antik dövrdə Hesoid kəndlilərə ayın 13-ü əkin işlərinə başlamamağı tapşırardı.
***Çində 13 qapalı və qaranlıq astroloji siklə keçiddir.Burada da 13 “ölüm rəqəmi” sayılır.
***İnanca görə,bayram süfrəsində 13 nəfər oturmamalıdır.Əgər təsadüfən 13 nəfər oturdusa,masadan 1-ci qalxan insan il ərzində ölürmüş.
***İblis göy ətrafında 13-cü mələk olub.
***Cadugər və ifritələr bir yerə yığışarkən,12 nəfər olurlar.13-cü isə şeytanın özü olur.
***Xristian dinində İsa 12 apostoldan sonra 13-cü idi.Gizli cümə iştirakçıları da 13 nəfər idilər.
***Şagirdi İsa Peyğəmbəri məhz ayın 13-nə təsadüf edən cümə günündə Ardı »