Maraqlı Melumatlar → Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından
Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından “İngilis dilində hinduşkaya niyə Turkey deyilir?”
Amerika Birləşmiş Ştatlarında, xüsusilə xristianların bayram günlərinin əsas simvolu olan hinduşkanın vətəni Amerika qitəsi hesab olunur. Vəhşi hinduşka cinsləri Xristofor Kolumb qitəni kəşf etməzdən əvvəl Şimali Amerikada yaşayıb. Hətta Avropadan Cənubi Amerikaya ilk ayaq basanlar asteklərin hinduşka əhliləşdirmələrinin şahidi olublar.
Hinduşkalar Amerikadan Avropaya 1519-cu ildə ispaniyalılar tərəfindən gətirilib. 1541-ci ildə İngiltərəyə gətirilən hinduşka yerli əhalinin təəccübünə səbəb olur.
Amerika hinduşkalarını o zaman Osmanlı imperiyasının nəzarətində olan Qərbi Afrikadan portuqaliyalı tacirlərin gətirdiyi Afrika hinduşkasına və Türkiyədən gətirilən hind toyuğuna bənzədən ingilislər sonda hər iki cinsin bir-birindən fərqli olduğunu anlayır. Hinduşkanın adı XVII Ardı »