Kilseler → Yerəruyk bazilikası
Yerəruyk monastırı – Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçay çayının sol sahilində qədim türk [1] [2] məbədi.
Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılmışdır. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV – V yüzillərdə tikilməsi qənaətindədirlər. [3]
Məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olmuşdur. Şörəyel // Şirək – el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır. Ardı »