Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"4-cü hissə^

4-cü hissə^

Şəhər Qapılarının Keşikçisi
Aslan lalə talasında uzun müddət qaldığına görə güllərin ölümcül qoxusundan
zəhərlənmişdi, oyanmaq bilmirdi. Nəhayət, gözlərini açıb arabadan yerə tullananda həyatda
olduğu üçün çox sevincliydi.
- Mən var gücümlə qaçırdım, amma çiçəklərin qoxusu çox şiddətli idi – dedi, oturub
əsnəyərək; – məni oradan necə çıxardınız?
Ona çöl siçanlarının həyatını qurtarmaq üçün necə çalışdıqlarını danışdılar; Qorxaq
Aslan güldü və belə söylədi:
- Mən özümü həmişə böyük və güclü heyvan sanırdım, amma xırda lalələr az qaldı ki,
məni öldürsün, balaca siçanlar isə xilas etdilər! Dünyada necə qəribəliklər var! Bəs indi biz nə
edəcəyik, dostlar?
- Biz təcili olaraq sarı kərpic yolu tapmalıyıq, – Doroti dedi; – sonra isə Zümrüd
Şəhərə doğru yolumuza davam Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"2-ci hissə^

2-ci hissə^

Meşə yolu
Bir azdan yol əvvəlki hamarlığını itirdi, yerimək çətinləşdi. Yolda çuxurlar vardı. Toto
onların üstündən atılır, Doroti isə ehtiyatla yanlarından keçirdi. Bədheybət isə, beyni olmadığına
görə, birbaşa çuxurların üstünə gedir, tez-tez də tir-tap sivri kərpiclərin üstünə yıxılırdı, amma
əzilmirdi. Doroti saman dostunu qaldırarkən, ilk növbədə elə Bədheybət özü öz bambılılığına
gülürdü.
Bu yerlərdə fermalar yaraşıqlı deyildi. Evlər, meyvə ağacları azdı. Yolçular getdikcə,
ətraf daha vahiməli, daha qaranlıq olurdu.
Günorta yolçular çayın sahilində dincəlmək istədilər. Doroti zənbildən çörək götürüb
Bədheybətə verdi, o isə imtina etdi.
- Mən aclığın nə demək olduğunu bilmirəm, buna görə də özümü çox xoşbəxt sayıram –
saman dost dedi, – axı ağzımı boya ilə çəkiblər, əgər üzümdə deşik Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"5-ci hissə^

5-ci hissə^

Zalım Pərinin axtarışı
Yaşıl Bakkenbardlı Əsgər dostları Zümrüd Şəhərinin küçələrindən keçirərək Qapı
Keşikçisinin otağına qədər ötürdü. Keşikçi onları qarşıladı, eynəklərini çıxarıb böyük bir qutuya
qoydu və nəzakətlə şəhər qapılarını onlar üçün açdı.
- Qərbin Zalım Pərisini tapmaq üçün hansı yolla getməliyik? – Doroti Keşikçidən
soruşdu.
- Oraya yol yoxdur, – Keşikçi cavab verdi; – Heç kim könüllü olaraq ora getmək
istəməz.
- Bəs onda Pərini necə tapacağıq? – qız maraqlandı.
- Narahat olma, Gözvuranlar ölkəsinə çatan kimi Pəri özü sizi tapıb özünə qul edəcək.
- Bilmək olmaz, – Bədheybət qışqırdı, – bizim niyyətimiz onu sıradan çıxartmaqdır.
- O-o, bu başqa məsələ, – Keşikçi söylədi, – Pərini bu günə qədər heç kim öldürə
bilməyib, Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"8-ci hissə^

8-ci hissə^

Çini ölkədə

Dəmir Odunçu meşədən tapdığı odunlardan bir nərdivan düzəldənə qədər Doroti
uzanıb yatdı, çünki uzun yol gəldiklərinə görə çox yorulmuşdu. Aslan və Toto da qızın yanında
yerlərini rahatladılar.
Dəmir Odunçunun işinə baxan Bədheybət fikirli halda dedi:
- Bu divarın nə üçün burada olduğunu və hansı maddədən düzəldiyini başa düşə
bilmirəm.
- Divar haqqında əndişəyə qapılıb beynini yorma, - dedi Dəmir Odunçu; - indi
nərdivan hazır olar, üstünə dırmaşıb divarın arxasında nələrin olduğunu görəcəyik.
Nərdivan tezliklə hazır oldu. Bir az kələ-kötür görünməsinə baxmayaraq, Dəmir
Odunçu işlərinə yarayacağından əmindi. Bədheybət Dorotini, Aslanı və Totonu oyandırıb
nərdivanın hazır olduğunu söylədi. Bədheybət nərdivanla qalxmağa başladı, ancaq yaman
yöndəmsiz idi, Doroti onun dalınca qalxaraq, yıxılmasın deyə onu Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"1-ci hissə^

1-ci hissə^

Qasırğa
Doroti ucsuz-bucaqsız Kanzas çölünün düz ortasında yerləşən balaca evdə, fermer Henri
dayı və onun arvadı Em xalayla birlikdə yaşayırdı. İnşaat üçün lazım olan taxtalar çox
uzaqlardan gətirildiyinə görə evləri çox balaca idi; dörd divarı, damı, döşəməsi və bircə otağı
vardı, otaqda köhnə paslı sobadan, qab-qacaq taxçasından, masa və bir neçə oturacaqdan, iki
çarpayıdan başqa heç nə yox idi. Bir küncdəki böyük yataq Henri dayıyla Em xalanın, o biri
küncdəki balaca yataq isə Dorotinin idi. Evin çardağı, zirzəmisi yoxdu, amma döşəmənin altında
bir xəndək vardı, güclü qasırğalar zamanı ailə orada gizlənirdi. Bu yerlərdə, qarşısına çıxan
bütün evləri dağıda bilən dəhşətli qasırğalar olurdu. Otağın ortasında, döşəmədə sığınacağa
açılan kiçik qapı vardı, Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"3-cü hissə^

3-cü hissə^

Yoldakı çətinliklər
Ətrafda daha heç bir ev olmadığına görə yolçular açıq havada, böyük qol-budaqlı bir
ağacın altında gecələmək qərarına gəldilər. Ağacın şaxəli budaqları dam kimi dostların başı
üstündə yüksəlirdi. Dəmir Odunçu odun yardı, Doroti böyük tonqal qaladı, isindi və ürəyini
sıxan narahatlığı unutdu. Qız Totoyla birgə sonuncu çörək tikəsini yemişdi, indi səhər yeməyinə
nə yeyəcəklərini bilmirdi.
- İstəyirsən, – Aslan təklif etdi, – meşəyə qaçıb səninçün bir maral ovlaya bilərəm.
Siz insanlar çiy ət yeyə bilmirsiz, ancaq onu tonqalda bişirmək olar, əla yeməkdi!
- Olmaz! Xahiş edirəm, bunu etmə! – Dəmir Odunçu yalvardı; – Maralı öldürsən,
hönkür-hönkür elə ağlaram ki, çənəm qalın pas qatıyla örtülər.
Lakin Aslan meşəyə qaçdı və yeməyə Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"6-cı hissə^

6-cı hissə^

Qorxunc Ozun iç üzü açıldı.
Dörd yolçu şəhər qapılarına yaxınlaşıb zınqırovu çaldılar. Bir neçə dəfə zəng çalandan
sonra qapı açıldı və yolçular əvvəlki Keşikçini gördülər.
- Necə? Qayıtmısız? – O, təəccüblə soruşdu.
- Məgər bizi görmürsüz? – Bədheybət dedi.
- Bəs siz Qərbin Zalım Pərisinin yanına getmədiz?
- Orda olmuşuq, - Bədheybət cavab verdi.
- Pəri sizi sağ qaytarıb?
- Onun izi də qalmayıb, çünki əriyib, - Bədheybət dedi.
- Nə yaxşı... Onu kim əritdi?
- Onu Doroti əritdi! – Aslan qürurla dedi.
- Çox əla! – Keşikçi Dorotiyə təzim etdi.
Sonra daha öncə etdiyi kimi, onları kiçik otağına gətirib böyük qutudakı gözlükləri
onlara verdi. Bundan sonra qapıdan keçib Zümrüd Şəhərinə girəndə Qapı Keşikçisindən Ardı »

L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"7-ci hissə^

7-ci hissə^

Cənuba səyahət
Doroti bütün ümidlərinin puç olduğunu anlayıb hönkürdü. Artıq Kanzasa qayıda
bilməyəcəkdi. Amma sonra qız oturub fikirləşdi və hava şarıyla təhlükəli səyahətə uçmadığına
sevindi. Lakin hər halda, dostlar Ozu itirdiklərinə görə çox kədərlənirdilər.
Dəmir Odunçu Dorotiyə dedi:
- Mənə belə gözəl ürək vermiş adama qarşı laqeyd olsam, nankor olaram. Ürəyimdən
ağlamaq keçir, ancaq ağlasam pas tutacağımdan qorxuram. Sən mənim göz yaşlarımı silərsən?
- Məmmuniyyətlə, - Doroti dedi və bir dəsmal gətirdi.
Dəmir Odunçu bir neçə dəqiqə hönkür-hönkür ağladı və qız onun göz yaşlarını
dəsmalla quruladı. Doyunca ağlayandan sonra Dəmir Odunçu qıza təşəkkür edib gümüş
yağqabıdakı yağla hər tərəfini yağladı.
İndi Zümrüd Şəhərinin hökmdarı Bədheybət idi, sehirbaz olmasa da insanlar onunla
fəxr edirdilər. Ardı »