Aqil Abbas - "Ölülər" → 5ci hissə.
(Pərdə)
Məşədi Oruc: (Əlində "Ədalət" qəzeti ləhləyə-ləhləyə girir içəri və ucadan soruşur) Hanı Həsənqulu əmi? (onun dalınca Baxşəli, Hacı Kazım, Mir Bağır ağa, Heydər müəllim və başqaları girirlər içəri, otağa sığışmadıqlarından açıq qapının arxasında qalırlar. Həsənqulu girir içəri, təəccüblə camaata baxır və üzünü onlara tutub soruşur)
Həsənqulu: Nədir ə? Nə vay-noysə salmısız? Nə xəbərdi? Ermənilər yenə əsgərimizi vurublar?
Məşədi Oruc: Əşi onsuz da hər gün bir-iki əsgərimizi vururlar, belə olsaydı dərd yarıydı.
Həsənqulu: Yoxsa müharibəni yenidən başladılar?
Məşədi Oruc: Müharibəni başlasaydılar nə dərdimiz vardı, basıb gözlərini çıxarıb İrəvanadək qovardıq.
Həsənqulu: Ə, bəs nə olub?
Məşədi Oruc: (kövrələ-kövrələ) Həsənqulu əmi, İtqapanın qaytarılması söhbəti yalandı. (İsgəndər şaqqanaq çəkib gülür və Ardı »