Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Frans Kafka - "Atama Məktub"8-ci hissə.

8-ci hissə.

Aramızda belə xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə bir iş görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın. Düzdür, evlənmək çox böyük işdir, insana şərəfli bir müstəqillik qazandırır, ancaq eyni zamanda da səninlə bağlılığı olan işdir. Buradan çıxış yolu tapmağa çalışmaq adamı dəli eləyər və az qala hər bir cəhdin cəzası da məhz bu olur.
Hərdən məni evlənmək fikrinə salan da məhz bu münasibətlər olurdu. Evlənəndən sonra aramızda yaranacaq bərabərliyi təsəvvürümə gətirirəm: sən bunu hamıdan yaxşı başa düşərdin, ürəyincə olardı, çünki mən onda azad, qədirbilən, günahsız, açıqürəkli oğul, sən isə dərddən-qəmdən, zülmkarlıqdan uzaq, yanımcıl, hər şeydən razı bir ata olardın. Ancaq Ardı »

Frans Kafka - "Atama Məktub"1-ci hissə.

1-ci hissə.

Atama məktub
Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, Ardı »

Frans Kafka - "Atama Məktub"4-cü hissə.

4-cü hissə.

Adətən belə işlərdən sonra acı bir zarafatla deyərdin ki, biz lap əntiqə yaşayırıq. Ancaq bunu müəyyən mənada zarafat hesab etmək olmazdı. Sənin zor gücünə qazandıqlarını biz evdə əlindən alırdıq, ancaq bayırda da bizə mübarizə aparmaq lazım gəlirdi. Sənə asan başa gələn bu mübarizəni biz yaşa dolandan sonra uşaqlığın gücü ilə aparmalı olduq. Demirəm ki, buna görə vəziyyətimiz səninkindən ağırdır, ola bilsin ki, eynidir (əlbəttə, çıxış nöqtəsini müqayisə etmək olmaz), ancaq bizim bir çatışmayan cəhətimiz var ki, sənin kimi öz çətinliklərimizlə öyünə bilmirik, heç kəsi onlarla alçaltmırıq. Onu da danmıram ki, mən, bəlkə də, sənin o böyük, uğurlu işlərinin bəhrəsindən dada bilərdim, Ardı »

Frans Kafka - "Atama Məktub"3-cü hissə.

3-cü hissə.

Ancaq yenə gəlib qarşımda dayanırdın və yenə elə bilirdin "əksinə gedirəm", halbuki bütün bunların hamısı sənin çox güclü, mənimsə çox zəif olmağımın təbii nəticəsi idi.
Sənin son dərəcə təsirli, ən azı məndən heç vaxt əsirgəmədiyin natiqlik məharətində tərbiyə üçün işlətdiyin üsullar bundan ibarət idi: söymək, hədələmək, rişxənd etmək, acı-acı gülmək və bir də lap qəribə olsa da, özünə acımaq... Məni birbaşa pis sözlərlə söydüyün yadıma gəlmir. Əslində, söymək heç lazım da deyildi. Sənin başqa üsulların çox idi və mən uşaq olarkən evdə, ən çox da mağazada başqalarına yağdırdığın söyüşlərdən keyləşirdim, onları özümə aid etməməyə əsasım qalmırdı, çünki söydüyün həmin adamlar məndən pis Ardı »

Frans Kafka - "Atama Məktub"5-ci hissə.

5-ci hissə.

O da sənə öz uşaqların kimi münasibət bəsləyirdi - əlbəttə, bunda bizim də rolumuz az deyildi - və ona elə dəhşətli dərəcədə hakim kəsilmişdin ki, qızda son vaxtlar (yalnız sənə münasibətdə və çox güman ki, heç bir əzab çəkmədən) unutqanlıq, səliqəsizlik, süni yumor hissi, bəlkə, bir az da inadkarlıq yaranmışdı. Ümumiyyətlə, inadkarlığa özü də meyilli idi və hələ demirəm ki, xəstəhal, bədbəxt bir qız idi, evin bütün ağırlığı da onun üstünə düşmüşdü. Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir cümlə ilə ifadə edirdin: "Qurban olduğum mənə zir-zibil qoyub gedib." Bu cümlə nə qədər küfr səslənsə də, insanlarla rəftarında günahsızlığını Ardı »

Frans Kafka - "Atama Məktub"7-ci hissə.

7-ci hissə.

Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.
Hər şeydən əvvəl, evlənmək məsələsinin alınmamasını mənim digər uğursuzluqlarımla bir sıraya qoyursan. Buna etirazım yoxdur, ancaq bu şərtlə ki, indiyəcən olan uğursuzluqların səbəblərini izah etdiyim kimi qəbul edəsən. Əslində, bu da digərlərilə eyni cərgədə durur, ancaq sən onu lazımınca dəyərləndirmirsən və o dərəcədə qiymətdən salırsan ki, biz bu barədə söhbət edəndə sanki başqa-başqa işlərdən danışırıq. Hətta cəsarət edib deyə bilərəm ki, sənin həyatında heç vaxt elə bir hadisə baş verməyib ki, mənim evlənmək istəyim qədər mənalı olsun. Bununla demək istəmirəm ki, sənin həyatında mənalı günlər olmayıb, əksinə, sənin Ardı »

Frans Kafka - "Atama Məktub"2-ci hissə.

Ancaq bunların heç biri mənim gələcəyim üçün deyildi... Maraqlıdır ki, indinin özündə də sənə nəsə toxunanda, mən sənin iradənə qarşı çıxanda (məsələn, evlənmək fikrinə düşəndə), ya da kimsə mənim xətrimə dəyəndə (məsələn, Pepa1 məni söyəndə) mənə ürək-dirək verirsən. Mənə kim olduğumu xatırladırsan, daha yaxşı rəftara layiq olduğumu yadıma salırsan və Pepanı əməlli-başlı məzəmmət edirsən. Bu yaşımda məni ruhlandırmağın daha mənası olmadığını bir kənara qoyaq: əgər söhbət ilk növbədə məndən getmirsə, bu ruhladırmağın mənə nə xeyiri?!
Ruhlanmaq mənə o vaxt daha çox lazım idi. Özü də hər yerdə! Onda məni sənin bütün vücudun əzirdi. Məsələn, yadımdadır ki, o vaxt çimməyə gedəndə tez-tez bir Ardı »

Frans Kafka - "Atama Məktub"6-cı hissə

6-cı hissə

Əlbəttə, bunu hər yerdə, elə indinin özündə də asanca inkar etmək olar. Axı söhbət burda öz uşaqlarına verməli olduğun hər hansı bir dərsdən deyil, sadəcə olaraq, onlara nümunə ola biləcək bir həyatdan gedir. Məlum məsələdir ki, səndə yəhudilik güclü olsaydı, göstərdiyin nümunə də məcburi olardı və bunu da sənə irad tutmuram, əksinə, iradlarından qorunmaq üçün deyirəm. Son günlərdə Franklinin gənclik xatirələrini oxudun. Doğrudan da onu sənə qəsdən vermişdim ki, oxuyasan. Ancaq ona görə verməmişdim ki, orda vegetarianizm haqqındakı bir-iki cümləyə lağ edəsən. Vermişdim ki, öz oğlu üçün yazdığı xatirələrdə müəlliflə atasının, müəlliflə oğlunun münasibətlərinə fikir verəsən. İndi mən ordakı xırdalıqlara varmaq Ardı »