Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AnarAxşam

Axşam

Vüsal onu qəfilcən duydu. Nizami muzeyinin yanında 3 nömrəli trolleybusu gözləyəndə şəhərə hələ durğun və bürkü bir gündüz hakim idi. Trolleybusun içində – nəfəsi od püskürən adamların basa– basında – isti daha artıq əziyyət verirdi. Üç dayanacaq arasındakı yol Vüsala sonsuz və yorucu bir səfər kimi görünürdü. Neft meydanında – Dəniz bağının yanında trolleybusdan düşəndə Vüsala elə gəldi ki, o Gündüzdən Axşama səyahət eləmişdir; tünlük, havası ağır trolleybusdan sonra daha saf və geniş görünən Neft meydanının açıqlığındanmı, yoxsa yapalaq kölgəli ağacların günəşdən gizlətdiyi dəniz bağının yaxınlığındanmı Vüsal birdən–birə bütün günü bədəninə yaş paltar kimi yapışan çiriş–istinin xoş bir axşamla əvəzləndiyini duydu. Ardı »

AnarGürcü familiyası

Gürcü familiyası

Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir.

Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil.

Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir.

Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.

Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?

Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim.

Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər mənzərələri fikirlərimi yayındırırdı və mən naməlum teleqramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim.

Şəhərə sübh Ardı »

AnarDantenin yubileyi

Dantenin yubileyi

Bu gecə bu qoca bu ocaq.

- Bu gecə. Bu qoca. Bu ocaq.

- Bu gecə, bu qoca, bu ocaq.

- Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında - daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə Ardı »

AnarSabah biz ayıq olacayıq

Sabah biz ayıq olacayıq

Biz günortadan oturub içirdik. Mən. Bir də Aydın. Əvvəl araqnan pivədən başladıq. Sonra keçdik konyaka. İndi də ki hələlik çaxırın üstündə dayanmışıq. Çaxır. Al qırmızı şərab. Portveyn. Yaxşı çaxırdır. Şip-şirin. Lap elə pis olsun. Bizimçün indi heç bir təfavütü yoxdur. Nə cür olur, olsun, cəhənnəmə ki… Kefimiz yaman kökdür. Aydın dünən arvad-uşağını Moskvaya yola salıb. Səhər mənə zəng elədi ki, gəl bura. Gəldim. Gördüm, bəli, məclis tamamdır. Məclis deyəndə, yəni ki, bir mən idim, bir də Aydın. Amma butulkalar, bir cavan şairin yazdığı kimi "qoşun təkin stolun üstünə düzülmüşdülər". Bəli başladıq, başladıq, nə başladıq. Dörd-beş saat olar ki, içirik. Əlbəttə ara Ardı »

AnarQırmızı limuzin

Qırmızı limuzin

Yeddi təpəli şəhrimdə
İtirdim qönçə gülümü
Nə də düşünmək ölümü
Nə ölümdən qorxmaq ayıb.
Nazim Hikmət

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu?

Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi. İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb Ardı »

AnarƏlaqə

Əlaqə

Bu yayın istisi bir özgə isti idi. Adətən, ən qızmar yay aylarında belə havanın yapışqan kimi çiriş keçdiyi dözülməz bürkü günlərindən sonra şəhərə qəfil dəniz küləyi hücum çəkirdi, açıq qalmış pəncərələrin şüşələrini qırıb tökürdü və adama elə gəlirdi ki, bu çilik-çilik sınıb tökülən istinin, bürkünün özüdür. Bir neçə gün sonra yenə də havadan od tökülərdi, amma arada qalan bu qısa müddətdə şəhər etibarsız sərinliyin ləzzətini səhra yanğısında qarşıya çıxan quyu suyu kimi başına çəkirdi.
Bu avqust başqa avqust idi: dördüncü həftə idi ki, hərarət ölçənin civəsi 39-40 dərəcədən aşağı enmirdi ki, enmirdi. Hava şəffaf, amma bir qədər bulaşıq horranı andırırdı. Bu horradan Ardı »

AnarKönlümüzün gecəsi

Könlümüzün gecəsi

–Hə, bəs o necə oldu? –Kim? Rüstəm, Əjdər və Şəhla dəniz kənarında qumun üstündə uzanıb özlərini günə verirdilər. Əjdər təəccüblə Şəhlaya baxdı. –O da – deyə təkrar elədi. Şəhla başa düşdü. –Hə, o? Məktəbə girdi də. –Orta məktəbə? –Hə. Birinci sinifə. –Axı o deyəsən institutda oxuyurdu. –Bəli. İnstitutu qurtardı, sonra da getdi girdi birinci sinfə. Rüstəm beli üstündə uzanmışdır. Başını qaldırıb: – yenə başladınız – deyə narazı baxışlarla Əjdərə və Şəhlaya baxdı. Şəhla həvəssiz gülümsündü. Əjdər dedi: –Buna bax, inanmır. Kişi birinci sinifdə oxuyurdu da. –Hə də – deyə Şəhla söhbəti davam elədi. –Oğlunu birinci sinifə götürmədilər. Odur ki, özü gedib Ardı »

AnarDörd çahar

Dörd çahar

Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz müəllim çaydan bir qurtum alıb stəkanı qırağa qoydu. – Axı niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla çirk düşdümü, bulanacaq. Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik. Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu barədə gedirdi. Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzibəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən görürsən hansı qaranlıq yollarlasa Ardı »