Anar → Axşam
Vüsal onu qəfilcən duydu. Nizami muzeyinin yanında 3 nömrəli trolleybusu gözləyəndə şəhərə hələ durğun və bürkü bir gündüz hakim idi. Trolleybusun içində – nəfəsi od püskürən adamların basa– basında – isti daha artıq əziyyət verirdi. Üç dayanacaq arasındakı yol Vüsala sonsuz və yorucu bir səfər kimi görünürdü. Neft meydanında – Dəniz bağının yanında trolleybusdan düşəndə Vüsala elə gəldi ki, o Gündüzdən Axşama səyahət eləmişdir; tünlük, havası ağır trolleybusdan sonra daha saf və geniş görünən Neft meydanının açıqlığındanmı, yoxsa yapalaq kölgəli ağacların günəşdən gizlətdiyi dəniz bağının yaxınlığındanmı Vüsal birdən–birə bütün günü bədəninə yaş paltar kimi yapışan çiriş–istinin xoş bir axşamla əvəzləndiyini duydu. Ardı »