Anar → İztirabın vicdanı
Mən ölsəm sənə qurban Sən ölmə, yazığam mən. İki gündür ki, Moskvadayam. Dünən futbola getmişdim. Bu gün səhər Puşkin muzeyindəyəm. Oradan çıxıb kənd təsərrüfatı sərgisinə getdim. Üç–dörd saata qədər oranı gəzdim. Yağışa düşdüm. Metro yaman basırıq idi. Şəhərə güc-bəlayla gəlib çıxdım. "Bakı" restoranında nahar eləyib mehmanxanaya gəldim. Yaman yorulmuşam. Kimsə qapımı döyür. Yəqin Rafiqdir. Vay mənim halıma! İndi baş-beynimi aparacaq. Gəldim, gəldim. Bu saat... Gecə saat ikinin yarısıdır. Qonağım indi getdi. Rafiq deyildi. Ondan yalnız hələ pəncərədən uçub getməmiş papiros tüstüsü, bir də dolu külqabı qalmışdı. Bu bir neçə saat mənim həyatımın ən qəribə, ən maraqlı, ən dolğun, ən həyəcanlı, ən Ardı »