Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HostFree Zone

(Nəqarət: AiD)
Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz boz həyatından
Baxıb bizə həyatını yeniləsin

Gənclər açıb qulağını dinləsin
Yeni şəhərdə yaranır yeni nəsil
Kim bezibsə öz mahnılarından
Baxıb bizə playlist'i yeniləsin

(verse: AiD)
Bağla notebook'u, keç TV'nin qarşısına
16:00-da qulaq as mahnısına
Efirdə yeni show, tanış ol, Free Zone
Burda var extreme, burda var game zone
Break dance və Hip-Hop
Old school və Trip-Trap
Manıslar offline'da, Top 10-da best Pop
Bu TV'də yeni tərzdi, gənclərin marağı
Cəmiyyətin yeni stilinin Free Zone darağı
İstedadın sənin içində darıxır
Tap bizi, çıx efirə, bizə axı hamı baxır
Çox yerdə gedir indi musiqi bayağı
Dəyişəcək zövq və cəmiyyətin sorağı
Yeni prime time'dı bu 4-5 arası
Soundtrack'də partladı Rap qumbarası
Bu işin sonrasıdı, efirə səs Ardı »

HostUtopiya

(skit: Chester (Ziya) Hosted)
Axırıncı illər ərzində çox dəyişmişəm,
Özüm də bunu çox yaxşı hiss edirəm
Hər dəfə bunu sözlərinizlə üzümə vurmasanızda çox gözəl hiss edirəm
Razıyam, diqqətsiz və kobud olmuşam
Tanımadığım adamlarla onlar zəhləmi tökürlər kimi rəftar edirəm.
Hamı mənə qaraqabağ adam kimi münasibət göstərir
Amma mən buna başqa ad vermişəm
Səbəbini bilməməzlik və ya axtarış
Yadıma gəlmir ki axırıncı dəfə nə vaxt ürəkdən ağlamışam və ya ürəkdən gülmüşəm
Mənim üçün hər şey maraqsızlaşmaqa başlayıb
Bir neçə saat bunnan əvvəl sevgilimə yazdığım mesaj,
ozon qatının deşilməsindən daha önəmlidir...
Ehh, qatar yırğalanmağa davam edir
Onsuzda bu qatar getsə də, getməsə də
Biz sabah getdiyimiz ünvana çatsaq da, çatmasaq da,
Sonluq həmişə eynidir
Hamı bir gün ölür.
Həyat bu qədər Ardı »

HostSMSlər dünyanı xilas edəcək

(verse: Qaraqan)
Mən ulduz olmaq istədim
Mənə dedilər hit yazasan gərək
Ona görə götürüb kağızı, qələmi
Başlayıram nə olar olar görək (x2)

Yazacam, bir az oynaq mahni ki
Banketə, toya Məni cagiran olsun
Yazacam maşın, qız, pul mövzusunda
Dinləyicilərim varlılar olsun
Yazacam Bakı gözəl şəhər,
Yazacam inkişafımızdan
Yazacam sim-sim, pepsi
Ya da ki səba toyuqları sponsorum olsun
Yazacam rep sintez muğamla
Meyxana cazla, kamanla sazla
Kliplər, qızlar, kirayə paltar
Verliş, maqazin, qalmaqallar
Yazacam 50Cent kimi
Yazacam olmiyan tapançamdan
Yazacam feat duet kimi
Sevgidən hansısa exlaqsıznan
Əlini sıxacam üzünə tüpürmədiyim adamların
Efirde məcbur
Şit zarafat, düşüy mövzular
Bir də ki, gülümse efirdə məcbur
Yazacam dövlətə yaltaq mahnı
Yazacam reklama alçaq mahnı
Yazacam əyləncəli, şən mövzulu
Dingildeden axmaq mahni
Verəcəm radyolara ki 100defe
Verin her gun
Özüm öz mahnıma səs verəcəm
Münsiflər heyyəti “Mənə Ardı »

HostManya Kərimova

(Verse: AiD)
O deyir bu həyat düzələr yenə
O sevin o gözdən süzülər yenə
Onun ən sonuncu günləri xoşbəxt quşlar qatarına qoşular yenə
O solan həvəsi cücərər yenə
O rahat yatacaq gecələr yenə
Biləcək bu həyatda gərəkli insandı, bir gün güləcək yenə
Bakı, səndən uzaqlaşdıran şoseylə
Maşında HOST, qulağımızda Krecin nəğməsiylə
Yolumuz Şamaxı istiqamətində füsunkar duman, mühərrikin səsi, diksinirdi dincələn botanika
Bir az var dinamika yarpaqlar əsir, buludlar bezir, yol uzanır, uzandıqca beyin bezir
Hiss edirik saniyələr ömrümüzdən gedir, ağacları döngələri saya-saya
Bu yolumuzun tək səbəbkarı olan şəxs
Onun üzünə həyatı bir qədər kobud və biraz tərs
Son dərəcə inamsız, o artıq Allaha da qarşı
Həyatından narazı bu yaşda həyata qarşı
Ömrünü həsr etmiş xalça toxumağa, vaxt Ardı »

HostÜmidlər Qəbirstanlığı

(verse:Qaraqan)
Parçalandı qəlbimin sınıq divarları
Göz yaşımla qızdırırdım soyuq məzarları
Son intizarları, səbrimin, aşar hasarları
Ölmüş ümidlər qəbristanlığının açarları
Nəzərləri, azarları
Arzular uzaq
Qırıldı qələmi, yandı kağızı dəli yazarların
Dərin əsərləri sevgimin edirdi ixtisar
Qəlbimin bağlanır yalan gülüş bazarları
Qəzəlləri yazmışam mən, özümü alova atmışam mən
Yatmışam mən, iztirab dənizlərində batmışam mən
Tənha uzanan ayağım altda keçmişin xəzəlləri
Göz yaşlarım doldurar neçə xəzərləri
Aşiqanə repçinin, eybəcər gözəlləri
Sona çatar, daşıdı kürəyi, əbədi bəd nəzərləri
Qatarları əridi, yox oldu dəmir yollarında
Qırmızı bulaqlar axanda qollarımda


(Nəqarət:QaraQan)
Mən, ağlamağa gəlmişəm - (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm - (Onsuzda görmürlər)
İnsanlardan qurtaraq, məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər – (ürəylər) - qəbristanlığı

(Ağlayan da insan, ağladan da insan)


(verse:Dərviş)
Yağış, gecə, buludlu hava və mən burdayam - (Harda?)
Ölmüş Ardı »

HostGedək

(skit)
Aaaaaaaaaaaa! Aaaaaaaaaaaa! Aaaaaaaaaaaa!
Bu mahnılar məni gic eliyir!
Dəli olacaqsız hamıvız!
Hamını dəli eliyirlər bunlar!
Kimdi axı bunlar?
Qaçın burdan!Qaçın!
Belə yaşamaq olmur!
Gəlin gedəy!Gəlin gedəy!Gəlin! Ardı »

HostSərhədlər Var

(skit: PRoMete)
Buzxanalar indi insanlardan soyuğluğun formulunu öyrənir
Münasibət qurmağ yox, münasibət qırmağ erasında yaşayırığ
Siz də soyuqdan donmamış üstüvüzə qalın bir şeylər geyinin
Az gəlsə birazda qalın,az gəlsə birazda qalın …

(verse: PRoMete)
Boş daxmaların qıfıllarınnan
Araba düzəldib yola çıxdım
Xoş anamın sığallarınnan
Ayrılıb yollarda yoxa çıxdım

(Nəqarət: PRoMete)
Arzular çox böyük amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı acı gerçəklar var (x2)

(verse: AiD)
Hər günü eyni yaşamağdan bezdim
Vərdişləri qırmağa başladım
Oturmağdan yorulmuş ayağları
Gəzməynən yormağa başladım
Yol cızdım özümə
Mənə cızılan yolları pozmağa başladım
Və anladım ki gec qalmışam 2008 il
Elə bu annan qaçmağa başladım

(verse: PRoMete)
Mən özümü itirdim bu yollarda
Məni tapın anama verin mənimi
Deyin özü də gələcəy
Sərhədləri silərəy
Əsən hər küləy
Gətirəcəy lələy

(Nəqarət: PRoMete)
Arzular çox böyük amma
Dünyada sərhədlər var
Doydurublar Ardı »

HostGüc var (Etiraf otağı 2)

(skit: Qaraqan)
Məni bağışla, padre, qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə danışacam sirlərimi ilk dəfə (ilk dəfə)

(verse: Qaraqan)
23 ili geridə qoydum
Neçə səhifə sətirlərimlə doldu
Vərəqlər də oldu şeirlər və etiraf
Etiraz deyil musiqi, artıq ehtiras
Oldu sevənlər də, oldu tərk edənlər də
Oldu çətin sabahlar da, çətin dünənlər də
Neçə sərkərdəni itirdik bu yolda
Neçə tanımadığım adam oldu doğma
Çiyin-çiyinə biz qalxdıq bu səhnəyə
Bu pərdələr bildi, nədi düz söz və qarğalar
Bu qanadlar, çiyinlər, sətirlər, beyinlər
H.O.S.T-çular, gənclər, həyat tərzi və geyimlər
Biz dəyişdik, nə qədər çatdı gücümüz
Biz bunu bacardıq, bəs nəyi bacardız siz?
Biz çatdırdıq nə qədər çatdı sözümüz
Yaralandıq, ama çökmədi dizimiz!

(Nəqarət: Qaraqan, Aysel)
Güc var - olsa da yol uzun
Güc Ardı »