Böyük Britaniya tarixi → Şimali İrlandiya konflikti
Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illəriin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökümət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət Ardı »