Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixQasım bəy Zakir

Həyatı[redaktə]
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, Ardı »

Ölkələrinə görə tarixAlmaniya kəndli müharibəsi

Almaniyada kəndli müharibəsi (1524—1526) — Alman kəndlilərinin şəxsi qurtuluşu və zümrə bərabərliyi uğrunda mübarizəsi. Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatın kulminasiyası.
Üsyan səbəbləri və hazırlıqları[redaktə]
Yuxarı Reyndən tutmuş Elbanın sol sahilinə, Elzasdan Avstriyanın Ştiriya və Karintiya torpaqlarına qədər yayılmış ölkə tarixində ən böyük kəndli üsyanı. Kəndlilərin üsyanı şəhərlərin aşağı qatlarında, orta bürqer kəsimində, dağ mədənlərinin işçilərində, ruhani və cəngavərlərin ayrı nümayəndələrində özünə dəstək tapdı. Üsyan Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatının kulminasiyası oldu.

Kəndli üsyanın əsas səsbəbləri 15-ci əsrin ikinci yarısından başlayan ruhani və dünyəvi feodalların kəndli rəiyətin hüquqları üzərinə hucumları oldu. Bazar münasibətlərinin artması və kapitalizmin erkən ünsürlərinin yaranması şəraitində feodallar öz gəlirlərini, Ardı »

Ölkələrinə görə tarixKontestado müharibəsi

Kontestado müharibəsi (port. Guerra do Contestado). Braziliyanın cənubunda Kontestado vilayyətində kəndli üsyanı 1912-1916 cı illəri əhatə etmişdir.Bu ərazi Parana və Santa-Katarina ştatları arasında mübahisə predmeti idi.
Üsyanın səbəbi ikili sıxlşdırılma idi.Bir tərəfdən böyük latfundiyalar və digər tərəfdən xariçi ölkərərin əraziyə yatırımları böyük rol oynayırdı.Kəndli üsyanlarını iki fazaya bölmək olar ki, 1902-1911 ci illərdə partizan müharibəsi xüsusiyyəti daşıyırdısa ,artıq 1912-1916 illərdə daha qanlı müharibə xarakteri alırdı.Kəndli üsyanına 1910-cu ildəki Portuqaliya inqilabı öz təsirini göstərmişdi.Müharibənin gedişində 20.000 insan həlak olur.Bu münaqişə Kanudus müharibəsindən sonra Braziliyada ən qanlı vətəndaş muharibəsi hesab edilir.
Münaqişənin xarakteri[redaktə]
Bu münaqişə Kanudus üsyanına bir çox parametrlərinə görə bənzəyir.Bu ərazidə 1895-ci ildə Ardı »

Ölkələrinə görə tarixArgentina-Braziliya müharibəsi

Argentina və Braziliya müharibəsi (isp. Guerra Argentino). 10 dekabr 1825- 27 avqust 1828 ci ildə baş verir. Birləşmiş Rio-de-la Platanın Braziliyanın nəzarətində olan Sisplatanıno (Uruqvay) ələ keçirmək ucbatından başlayır.Bu ərazilərin Braziliyanın nəzarətinə keçməsi Argentina İstiqlal müharibəsi dönəmində başlanmışdı.Müharibə Montevideo anlaşmasının imzalanması ilə başa catır.

Müharibə[redaktə]
Argentina Braziliyanın nəzarətində olan Sisplatino ərazisi əvvəl Rio-de-la-Plata vice krallığına aid olmasını əsas gətirərək bu torpağı öz ərazisi hesab edirdi.Birləşmiş Pio-de-la-Plata provensiyası bütün siyasi vastələrə əl ataraq Uruqvayın yerli hakimiyyət rəhbəri Xuan Antonio Lavalexi özünə çəkərək Braziliyaya qarşı cıxmasına səbəb olur.Həmcinin Braziliyaya siyasi və maddi yardımdan imtina edirdi.Bu zaman iki dövlətlə əlaqələrin kəsilməsi bu ərazidə ticarətlə məşqul olan Ardı »

Ölkələrinə görə tarixİkinci ingilis-əfqan müharibəsi (1878-1880)

İkinci ingilis-əfqan müharibəsi — 36 minlik ingilis qoşunlarının Əfqanıstana Heybər, Kurram və Bolan keçidindən üç sütunla soxulması ilə başlandı. Silahlanmada və təşkilat baxımından xeyli geriyə qalan əfqan ordusu geri çəkilməli oldu. 1879-cu ilin yanvarında ingilislər Qəndəharı aldılar. 26 may 1879-cu ildə isə Yaqub xan ingilislərlə, Qandamaq müqaviləsi bağladı. Bu sazişə görə Əfqanıstan İngiltərədən asılı olurdu. Alçaldıcı müqavilə Əfqanıstanda narazılıqla qarşılandı. 8 sentyabr 1879-cu ildə üsyan başladı. Kabildəki ingilis rezidenti öldürüldü. 27 iyul 1880-ci ildə Qəndəhar yaxınlığındakı, Məyvan döyüşündə, əfqanlar ingilis briqadasını darmadağın etdilər. Kabildəki ingilislər təxminən 100 minlik üsyançı ordusu tərəfindən mühasirəyə alındılar. Əfqanların inadlı müqaviməti, ingilisləri, Əfqanıstanın işğalından imtina etməyə Ardı »

Ölkələrinə görə tarixAbdulla Abdullayev (hərbçi)

Həyatı[redaktə]
Abdullayev Abdulla Qədir oğlu 1964-cü il oktyabrın 25-də Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Alpı kənd orta məktəbində almışdır. 3 aprel 1983-cü ildən 25 mart 1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur.

25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. Ölümündən sonra 16 avqust 1985-ci ildə və 20 dekabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əfqanıstan Respublikasında Beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi hərbi rəşadətə və igidliyə görə" döyüşçü Abdullayev Abdulla Qədir oğlu 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir. Ardı »

Ölkələrinə görə tarixBağır xan Çələbiyanlı

Bağır xan Məhəmmədvəli sultan oğlu Çələbiyanlı (?- 1834)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi.

Həyatı[redaktə]
Bağır xan Məhəmmədvəli sultan oğlu Qaradağın Həmnişin kəndində doğulmuşdu. Çələbiyanlı elinin başçısı idi. Sərkərdə kimi Qaradağ xanlarına xidmət etmişdi. Qaradağ xanlığı Qacar hakimiyyətinə tabe olduqdan sonra mərkəzi hökumətə qulluq göstərmişdi.

Tarixçi Əminə Pakrəvan yazır: "1824-1825-ci illərdə Abbas mirzə, Tehranda ona qarşı yönəlmiş müxaliflərin çox gücləndiklərini müşahidə etməkdə idi. Digər tərəfdən, Gülüstan müqaviləsində sınırlar qəti olaraq bəlli edilməmişdi. Göyçəylə Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutul¬muşdu. Bu da Abbas mirzəni çox narahat edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-özülüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir Ardı »

Ölkələrinə görə tarixFarsal döyüşü

Farsal döyüşü (Pharsalos, Pharsala) — Yunanıstanın Larisa nomunun (Fessaliya) Farsal şəhəri yaxınlığında Yuli Sezarın vətəndaş müharibəsi gedişində E.ə. 48-ci il 6 iyunda Qay Yuli Sezarın 30 min piyada və 1-2 min süvaridən ibarət qoşunu ilə Qney Pompeyin başçılığı altında Roma senatının 30 min piyada və 3-4 min süvaridən ibarət qoşunları arasında baş verən həlledici döyüş.

Tərəflərin döyüş qaydaları hərəsində 10 şerenqa olan üç xəttdən ibarət idi. Sezarın ordusunun sol cinahı ilə Pompey ordusunun sağ cinahı dik enişli sahili olan Enipay bulağına dirənmişdilər. Buna görə də rəqiblərin süvariləri bulaqdan əks tərəfdə cəmlənmişdilər. Pompeyin süvarilərinin zərbə imkanlarını nəzərə alaraq, Sezar üçüncü sıradan seçmə 6 Ardı »