Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim dünya tarixiTeotiuakan

Teotiuakan (astek. Teōtīhuacān — allahların doğum yeri) — Mexiko şəhərindən 48 km şimal-şərqdə, San-Xuan-Teotiuakan bələdiyyəsində yerləşən qədim şəhər. Hal-hazırda Kolumbaqədərki Amerikada inşa edilmiş ən böyük piramidaşəkilli tikililərin, geniş iqamətgahların, çox sayda rəngarəng freskaların yerləşdiyi arxeoloji muzey kimi fəaliyyət göstərir.

Teotiuakan qərb yarımkürəsindəki ən qədim şəhər kimi məlumdur. Şəhər indiki Mexiko ştatının ərazisində erkən sinfi cəmiyyətin ən böyük mərkəzlərindən olmuşdur. E.ə. II əsrdə şəhər regional mərkəzə çevrilir. Bunun səbəbi əvvəlki mərkəz Kuikuilko şəhərinin vulkan püskürməsi nəticəsində tərk edilməsi idi.

Eramızın 250-600-cü illəri şəhərin çiçəklənmə dövrü hesab edilir. Lakin VII əsrin ortalarında şəhər tərk edilir və uzun müddət sonra bu yerlərə gələn asteklər şəhərin əzəmətli Ardı »

Qədim dünya tarixiMakedoniyalı İsgəndərin Qafqaza yürüşü

Makedoniyalı İsgəndərin qədim Azərbaycan səfərini təsdiq edən mənbələrdən biri və ən mötəbəri II əsr yunan tarixçisi Flavi Arrianın əsəridir. Onun "İsgəndərin hərbi yürüşləri" adlı əsərində İsgəndərin bu ölkəyə hərbi səfəri, döyüşləri və s. barədə ətraflı məlumat verilir. Tarixçinin yazdığına görə, Atropatena hökmdarı Atropatın komandanlığı altında iskit-sak, alban, girkan, tapur atlıları və kadusilər İsgəndərə qarşı vuruşmuşlar: "İskit tayfasından olub Asiyada yaşayan saklar da Daranın bilavasitə müttəfiqi kimi" İsgəndərə qarşı durmuşdu; Midiyalılara Atropat komandanlıq edirdi; kadusilər, albanlar və sakasenlər də midiyalıların tərəfində idi".

Hələ Strabon yazırdı: "Saklar kimmerilər və trerlər kimi yürüş etmişdilər: yürüşlərin biri daha uzaq, digəri isə yaxın məsafəyə olmuşdu. Onlar bu Ardı »

Qədim dünya tarixiQuldarlıq

Quldarlıq - İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antoqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik-fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı.
Qul əməyi[redaktə]
Qul - bir Ardı »

Qədim dünya tarixiKumran əlyazmaları

Kumran əlyazmaları və ya Ölü dəniz perqamentləri — İudeya səhrasında yerləşən Kumran, vadi Murabbaat, Xirbət-Mird və digər mağaralarda, həmçinin Masada qalasında 1946-1956-cı illərdə tapılmış 972 mətndən ibarət manuskriptlərin ümumi adı. Həmin dövrdə Britaniya mandatı altında olan bu ərazilər hal-hazırda Qərb sahili adını daşıyır və 1967-ci ildən İsrail işğalı altındadır. Radiokarbon analizi nəticəsində bu əlyazmaların e.ə.408-ci ildən eramızın 318-ci ilinədək olan dövrü əhatə etdikləri müəyyən edilmişdir. Hazırda bu əlyazmalar Qüdsdəki İsrail muzeyinin "Kitab məbədi" adlı bölməsində saxlanılır.

Mətnlər ivrit, arami, yunan və nəbati dillərində, əksəriyyəti perqament üzrərində, kiçik bir hissəsi isə papirus və tunc üzərində yazılmışdır. Ardı »

Qədim dünya tarixiMakedoniyalı İsgəndər

Makedoniyalı İsgəndər, III Böyük İsgəndər (qəd.yun. Ἀλέξανδρος Γ'ὁ Μέγας, lat. Alexander Magnus; müsəlman şərqində İsgəndər Zülqərneyn, 21 iyul E.ə. 356, Pella – 10 iyun E.ə. 323, Babil) — qədim dünyanın görkəmli sərkərdəsi və dövlət xadimi, E.ə. 336-cı ildən Makedoniya hökmdarı, Aristotelin şagirdi.
Həyatı[redaktə]
İsgəndər e.ə. 356-cı ildə Qədim Makedoniyanın paytaxtı olan Pella şəhərində dünyaya gəlmişdir. Rəvayətə görə, məhz onun doğulduğu gün Herostrat qədim dünyanın yeddi möcüzəsindən biri hesab olunan Efesdəki Artemida məbədini yandırmışdır.

İsgəndərin dəqiq doğum tarixi məlum olmasa da, Plutarx onun hekatombeon (makedoniyalılarda: 'loy' ayının altıncı günündə doğulduğunu bildirir. Tam əminlik olmasa da, tarixçilər hesab edirlər ki, hekatombeon ayının 1-ci günü Qriqorian təqvimində Ardı »

Qədim dünya tarixiMakedoniyalı İsgəndərin Nikah siyasəti

İskəndər Orta Asiyaya, Qərbi İrana və Hindistana qalibiyyətli yürüşlər edir və böyük bir imperiya yaradırdı. Bu imperiyanı idarə etməksə gün-gündən çətinləşirdi. O, yerli əyanları idarəetməyə cəlb edir, zərdüştiliyi öyrənərək, özünü Allah (Zevsin oğlu) elan edir, fars və makedoniyalı şah ailələri, aristokratları arasındakı nikahları hər vəchlə həvəsləndirirdi.

O, öz möhtəşəm imperiyasını uğurla idarə etməyə imkan verəcək yeni bir "ellin-fars" aristokratiyasının yaranmasını arzu edirdi. Bu istiqamətdə ilk addım Suz yaxınlığındakı təntənələrdə atılmış oldu – burada bir neçə gün ərzində iki ölkənin nümayəndələrinə toy çalındı. İskəndər özü eyni zamanda iki fars şahzadəsi – Daranın qızı Satira və III Artakserksin qızı Parisatida ilə ailə qurdu. Eyni Ardı »

Qədim dünya tarixiII Kir

II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuroş-e Buzurğ), Midiyalı Kir (e.ə. 600 – e.ə. 529) – qədim İran padışahı və Əhəməni İmperiyasının əsasçısı. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir.

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Ardı »