Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makedoniyalı İsgəndərin Nikah siyasəti

İskəndər Orta Asiyaya, Qərbi İrana və Hindistana qalibiyyətli yürüşlər edir və böyük bir imperiya yaradırdı. Bu imperiyanı idarə etməksə gün-gündən çətinləşirdi. O, yerli əyanları idarəetməyə cəlb edir, zərdüştiliyi öyrənərək, özünü Allah (Zevsin oğlu) elan edir, fars və makedoniyalı şah ailələri, aristokratları arasındakı nikahları hər vəchlə həvəsləndirirdi.

O, öz möhtəşəm imperiyasını uğurla idarə etməyə imkan verəcək yeni bir "ellin-fars" aristokratiyasının yaranmasını arzu edirdi. Bu istiqamətdə ilk addım Suz yaxınlığındakı təntənələrdə atılmış oldu – burada bir neçə gün ərzində iki ölkənin nümayəndələrinə toy çalındı. İskəndər özü eyni zamanda iki fars şahzadəsi – Daranın qızı Satira və III Artakserksin qızı Parisatida ilə ailə qurdu. Eyni gündə 80 nəfər yunan və makedoniyalını yerli əyanların övladları ilə evləndirdi. Fars qızlarını özlərinə arvad etmiş on minlərlə döyüşçüyə bahalı hədiyyələr bağışladı. Hər belə döyüşçü bir qızıl qədəhlə mükafatlandırıldı. Bu mərasimlərdə Yunanıstandan gəlmiş aktyor, musiqiçi və oyunbazlar iştirak edirdilər.

İsgəndərin Azərbaycanda olması haqqında müxtəlif rəvayətlər var. Azərbaycan nağıllarında Makedoniyalı İsgəndərin adı çəkilir. Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında İsgəndərin həyatından, hərbi səfərlərindən, fəlsəfi görüşlərindən bəhs edilir, poemada onun Bərdə hakimi Nüşabə ilə görüşü də təsvir olunur.


Tarix: 16.02.2015 / 14:15 Müəllif: Feriska Baxılıb: 192 Bölmə: Qədim dünya tarixi
loading...