Maraqlı melumatlar → Quran şəfadır
Allah Sübhanə Təala xəbər verib ki, Quran – şəfadır. O deyib:
“Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: "Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb (peyğəmbər)?!" De: "O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır".” (Fussilət, 44);
“Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (əl-İsra, 82)
Burada “min” önlüyü Quranın ayrıca bir hissəsinə deyil, ona bütövlükdə məxsusluğu göstərir, çünki bu Kitab bütövlükdə şəfadır, bu barədə də öncəki ayədə qeyd olunmuşdu. O qəlbi cahillik və şübhə kimi xəstəliklərdən müalicə edir və Uca Allah səmadan xəstəlikləri müalicə edəcək Qurandan daha universal, daha faydalı, daha əzəmətli Ardı »