Maraqlı melumatlar → Dinimizdə Zarafat Anlayışı
Zarafatın təqdir olunması
Allahın Peyğəmbəri (s): "Mən zarafat edirəm, ancaq haqqdan başqa bir şey demirəm."
Allahın Peyğəmbəri (s): "Mömin şən və zarafatcıl, münafiq isə qaşqabaqlı və acıqlı olar."
Tənbihul-Xəvatir: "Bir qoca qarı Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər ona buyurdu: "Qocalar cənnətə getməz." Qoca qarı ağladı. Həzrət buyurdu: "Həmin gün sən qoca olmayacaqsan. Allah-taala buyurub ki, "Biz onları yaradılası kimi yaratdıq və onları gənc qızlar edəcəyik."
İmam Baqir (ə): "Allah, camaat arasında zarafat və məzəli söhbətlər edəni sevər. Bir şərtlə ki, onda söyüş olmasın."
İmam Sadiq (ə): "Elə bir mömin yoxdur ki, onda "duabə" olmasın." (Rəvayətçi deyir). Ərz etdim: "Duabə nədir?" Buyurdu: "Zarafatcıllıq."
İmam Sadiq (ə) (Yunis Şeybaniyə Ardı »