Maraqlı melumatlar → Nəfsin Saflaşdırılmasına Dair əməli Göstərişlər
Ayətullah İbrahim Əmininin “Nəfsin saflaşdırlması” kitabından:
Mərifət əhlindən bəziləri bu yolu ötüb keçmək üçün aşağıdakı işləri tövsiyə etmişlər:
1. Hər bir şeydən əvvəl, tövbə vasitəsilə öz nəfsini günahlardan, çirkin və rəzil xislətlərdən təmizləmək lazımdır. Əvvəl tövbə məqsədi ilə qüsl et, qüsl halında günahlarını, batini aludəliklərini nəzərində canlandır və mehriban Allaha belə ərz et: “Pərvərdigara, günahlardan tövbə edərək Sənə tərəf qayıtdım. Qərara almışam ki, bir daha günah etməyim. Bədənimi su ilə pakladığım kimi, qəlbimi də günahlardan, aludəliklərdən rəzil xüsusiyyətlərdən paklayıram”.
2. Özünü daim Allahın hüzurunda gör və çalış ki, bütün vəziyyətlərdə Allahı xatırlayasan. Əgər azacıq qəflət baş vermiş olsa, dərhal tövbə et.
3. Öz nəfsini günaha Ardı »