Maraqlı melumatlar → Quranın Elm Və Alimlərə Verdiyi Qiymət
1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur.
«[Ya Peyğəmbər! Qurani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu!
O, insanı laxtalanmış qandan yaratdı.
[Ya Peyğəmbər!] Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!
O Rəbbin ki qələmlə [yazmağı] öyrətdi.
O Rəbbin ki, insana bilmədiklərini öyrətdi».
2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.
«...Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...»
3. Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur.
«...Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir...»
Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə Ardı »