Maraqlı melumatlar → Ölümdən Sonrakı Həyata Inam - MƏAD
Məad hər bir müsəlmanın inanmalı olduğu əqidə prinsiplərindən biridir (əhli-sünnə məzhəbində iman əsaslarından, şiə məzhəbində dinin əsaslarından biri). Məada inanmayan kəs İslam dinindən kənar hesab olunur. Ərəb dilindən tərcümədə “qayıdış, geri dönmə” deməkdir.
Məad əqidəsi ümumilikdə bundan ibarətdir: Yalnız Allah-təalaya məlum olan bir gündə dünyanın sonu (qiyamət) gələcək, Yer üzündə həyat tamamilə məhv olacaq, bəşəriyyət bütövlükdə öləcək. Sonra Allahın əmri ilə Həzrət Adəmdən başlamış dünyanın sonunda yaşayanlaradək bütün insanlar yenidən dirildilib ilahi məhkəməyə – məhşərə gətiriləcəklər. Məhşərdə hər kəsin həyatı boyu etdiyi əməllər hesablanıb qiymətləndiriləcək, onun yaxşı, yaxud pis insan olması barədə ədalətli hökm veriləcək. Yaxşı insanlar öz əməllərinin mükafatını almaq üçün Ardı »