Maraqlı melumatlar → ALIN YAZISI DƏYIŞƏ BILƏRMI?
BƏDA - Ərəb dilindən tərcüməsi “zahir olma, aşkara çıxma” deməkdir. Allah-təalanın qeyri-mütləq qəzavü-qədərinin müəyyən səbəblər üzündən dəyişməsinə deyilir. Qurani-kərimdə bu barədə buyurulur: “Hər dövrün bir kitabı var. Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır” (“Rəd”, 38-39). Təfsir alimlərinin bir qismi bu ayənin izahında söyləmişlər ki, Allah-təalanın qəzavü-qədəri iki kitabda yazılır. Bunlardan biri “lövhi-məhfuz” (qorunan, dəyişməz lövhə) adlanır. Bu kitabda yazılanlar pozulmaz və dəyişməz. Yuxarıdakı ayədə “kitabın əsli” ifadəsi lövhi-məhfuza işarədir. Amma başqa bir kitab da var ki, buna “lövhi-məhv və isbat” (pozulma və qeyd olunma lövhəsi) deyirlər. Burada yazılanlar bəzi səbəblər üzündən Allahın Ardı »