Maraqlı melumatlar → Ölümdən sonra İlk Hadisələr Barədə
“Müsnəd”də əl-Bər bin Əzibin hədisi rəvayət edilir ki, bir dəfə onlar Peyğəmbərlə (sav) , birgə ənsarların birini dəfn etməyə getdilər. Qəbrə çatdıqda onun aşağı hissəsi hələ hazır deyildi. Allahın Rəsulu , oturdu və sahabələr hətta tərpənməkdən belə qorxaraq onun yanında əyləşdilər. Onun əlində budaq var idi və o torpağı qazıyırdı. Birdən o başını qaldırdı və dedi: “Qəbir əzabından Allaha sığınıram!” O bunu üç dəfə təkrar etdi və sonra dedi: “Saleh qul bu dünyadan köçüb axirətə qovuşduqda, onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur.
Gözün son görmə həddi məsafəsində Ardı »