Maraqlı melumatlar → Namazdan Sonra Hansı Duaları Oxumaq Məsləhətdir?
Namazı qılıb qurtardıqdan dərhal sonra qiblədən dönməmək şərti ilə yerinə yetirilməsi müstəhəb olan bəzi əməllər var. Dini kitablarda bu mövzuda yüzlərlə irili-xırdalı dua və ibadət əməlləri haqqında məlumat verilir.
Bunlara ümumiləşdirilmiş şəkildə təqibat deyilir. Aşağıda onlardan bir neçəsini diqqətinizə təqdim edirik. Qeyd edirik ki, bu düaların heç birini oxumaq vacib deyil, bunlarsız da namaz məqbul sayılır. Bunları etmək sadəcə olaraq insana savab gətirir. Özü də bunların hamısını etmək insanın vaxtının və fiziki imkanlarının xaricindədir. Ona görə də təqibatın hansı birini etmək hər kəsin öz zövqünə və imkanına bağlı olan məsələdir. Əsas olan budur ki, insan namazdan sonra dualarla özünü yormasın, bunları könüllü Ardı »