Maraqlı melumatlar → Səhih Müslim (İman kitabı ) Peyğəmbərin (s.a.v) Cənnətin qapısının açılmasını istəməsi və digər məsə
Altmış birinci fəsil: Peyğəmbərin (s.a.v) : “Cənnət üçün ən birinci şəfaətçilik edən mənəm və Peyğəmbərlərin ən çox tabe olunanı da mənəm” deməsi.
Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Cənnət üçün ən birinci şəfaətçilik edən mənəm, Peyğəmbərlərin içində mənim təsdiqlədiyim qədər təsdiqlənəni yoxdur. Həqiqətən Peyğəmbərlərdən eləsi vardır
ki, onu ümmətindən yalnız bir kişi təsdiqləyib.”
Altmış ikinci fəsil: Peyğəmbərin (s.a.v) Cənnətin qapısının açılmasını istəməsi.
Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Qiyamət günü Cənnətin qapısına gəlib açılmasını istəyəcəyəm. Cənnətin qapısını qoruyan: “Sən kimsən” deyə soruşduqda, ona: “Muhəmməd” deyə cavab verəcəyəm. Onda belə deyəcək: “Yalnız sənin üçün açmağı əmr olundum, səndən Ardı »