Maraqlı melumatlar → Peyğəmbərdən Sonra Nəyə Sarılmalıyıq?
Bu gün, səfər ayının 28-i, İslam Peyğəmbəri Həzrət Mühəmməd Mustafanın (s) vəfatının ildönümüdür. Hicri təqvimlə 1423, miladi təqvimlə 1381 ildir ki, vəhy pəncərəsi əbədi olaraq qapanıb.
Lakin bu günə və ta qiyamətə kimi müsəlmanlar iki zəngin irsə sahibdirlər və bütün həyatlarını bu iki mənbənin göstərişlərinə əsasən qururlar: Həzrət Mühəmmədin (s) 23 il ərzində Allahdan alıb insanlara öyrətdiyi Qurani-kərim, bir də o həzrətin söz və əməllərinin məcmusundan ibarət olan, Əhli-beyt tərəfindən bizlərə çatdırılan sünnə.
Ömrünü İslam uğrunda mücadiləyə həsr etmiş, olmazın zülm və məşəqqətlər görmüş, məhrumiyyətlərə sinə gərmiş Peyğəmbər vəfat edərkən öz ümmətini özbaşına, taleyin ixtiyarına buraxa bilməzdi. Bütpərəstlik düşüncəsindən təzəcə təmizlənmiş beyinləri yenidən Ardı »