Maraqlı melumatlar → Müsəlman qadının Axirət hazırlığı
Ey Allahın qadın qulu! Allahdan qorx və bil ki, bu gün hesab yox, əməl günüdür. Sabah isə əməl yox, hesab günü olacaqdır. Unutma ki, oynayıb-əylənərkən belə ölüm səni haqlaya bilər. Diqqətli ol!
Ey Allahın qadın qulu!
Can boğaza yetişdiyi zaman, qıçın-qıça dolaşacağı zaman, sən ərindən, uşaqlarından və sevdiklərindən ayrıldığın zaman halın necə olacaq? Çiyinlərdə daşındığın zaman və üzərinə torpaq töküldüyü zaman halın necə olacaq? Qaranlıq və dar qəbirdə qaldığın zaman halın necə olacaq? Münkər və Nəkir gəlib yanında oturub, səni hesaba çəkdikləri zaman halın necə olacaq? Qəbirdən çıxarılıb və Məhşərə gətirildikdə halın necə olacaq? Əməl dəftərin açıldıqda halın necə olacaq? Mizan tərəzisi Ardı »