Maraqlı melumatlar → Namazın düzgün olması üçün şərtlər...
Namazın düzgün olması üçün şərtlər:
Namazın düzgün olması üçün aşağadakıların olması şərtdir:
1. Namazın vaxtının daxil olmasını bilmək: Uca Allah buyurur: «...Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir»[1].
Üzrsüz yerə vaxtından əvvəl və ya sonra qılınan namaz düzgün sayılmır.
2. Böyük və kiçik[2] natəmizlikdən pak olmaq: Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)...»[3]. Həmçinin İbn Ömərin hədisində, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: «Allah, Ardı »