Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Abel Məhərrəmov - Elmi fəaliyyəti

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.

Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir. Ardı »

Azərbaycanın müharibələri‎Müttəfiqlər haradan peyda oldu

Sovet xüsusi təyinatlıları Hitlerin bunkerində döyüş apardıqları vaxt müttəfiq kəşfiyyatı bunkeri ələ keçirmək üçün xüsusi əməliyyata başlayır. Lakin bu, gecikmiş əməliyyat olur. Amerikan və ingilis xüsusi təyinatlıları bir alman zabitinin bələdçiliyi ilə bunkerə daxil olduqda artıq sovet xüsusi təyinatlıları 6 otaqlı və 4 zallı bunkeri cəmi 4 otağı istisna olunmaqla demək olar ki zəbt etmişdi. Ayrılıqda fəaliyyət göstərən müttəfiqlərin dəstələri isə mayın 4-də bir zalda üz-üzə gəlir və bu atışmada hər iki tərəf ağır itkilər verir. Lakin sovet qüvvələri üstünlük qazanaraq, bir ingilis zabitini əsir götürdükdən sonra vəziyyət aydın olur: "Mən o döyüşdə iki yerdən yüngül yaralandım. Biz müttəfiqlərin zəbt etdiyi Ardı »

Azərbaycanın müharibələri‎Göyüş Qarayev

Həyatı[redaktə]
Göyüş Qarayev 15 dekabr 1970-ci ildə anadan olub[1]. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub.

Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoyub.

1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlayıb.

26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.

Gizir G.Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə Ardı »

Azərbaycanın müharibələri‎Ramiz Abbaslı

Əsərləri[redaktə]
Ramiz Abbaslı. «Zülmət gecələr» (povest və hekayələr), Bakı, «Nərgiz» nəşriyyatı, 2008, – 204 səh.
Ramiz Abbaslı. Tomas de Vaalın “Qara bağ” kitabındakı təhriflərə dair. - “Qarabağ dünən, bu gün və sabah” 8-ci elmi-əməli konfransının materialları (Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur).
Tərcümələri[redaktə]
Ceyms Coys. Ölülər; Evelin: Povest və hekayə / Dünya ədəbiyyatı. – 2005. - №2.- S.3-27.
Pinter Harold. Allah Amerikaya xeyir-dua verir; Demokratiya; Hava məlumatı; Ölüm: Şeirlər / Ulduz. – 2006. - №4. – s. 76-77.
Pinter Harold. Az danışan ofisiant: Pyes /İngiliscədən tö.e.: Ramiz Abbaslı //Ulduz. – 2006. - №4. – S. 77-87.
Elfrida Yelinek. Qız və ölüm. (Əlisa Nicat)la birgə]
Con Steynbek. Xrizantemlər / Azərbaycan Ardı »

Azərbaycanın müharibələri‎Gəray Vəlibəyov - Həyatı

Həyatı[redaktə]
Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M.V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib.

1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Ardı »

Azərbaycanın müharibələri‎Kamil Nəsibov

Həyatı[redaktə]
8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

Döyüşlərdə iştirakı[redaktə]
1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını Ardı »

Azərbaycanın müharibələri‎Mütalib Abbasov

Abbasov Mütalib Əli oğlu - Qarabağ müharibəsi iştirakçısı.

Həyatı[redaktə]
Mütalib Abbasov 1972-ci ildə Ağdam rayonunun Papravənd kəndində dünyaya gəlib. 1992-ci il iyunun 28-də Papravənd uğrunda gedən döyüş əməliyyatında həlak olub. Ardı »

Azərbaycanın müharibələri‎Ağabəy Novruzbəyli

Həyatı[redaktə]
Ağabəy Novruzbəyli 23 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində oxuyurdu.

Torpağımıza uzanan xain əllərin üç il əvvəl açıq-aşkar fəaliyyətə başlaması, hadisələrin qaynar burulğanı kimyaçı olsa da Ağabəyi tarix kitabları ilə məhrəm etdi. 1905-1920-ci illər Azərbaycan tarixi daha çox maraqlandırırdı onu.

Şəhidlər xiyabanında dəfn olundu. Ardı »