Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Kazımağa Kərimov

Həyatı[redaktə]
Azərbaycanın İlk Milli Qəhrəmanlarından olan Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar.

Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika Ardı »

Azərbaycanın müharibələri‎Fazil Baxşəliyev

Həyatı[redaktə]
Baxşəliyev Fazil Eynulla oğlu 1955-ci il 24 apreldə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Ağdam şəhərində orta məktəbi bitirib. Bakı Dövlət Universiteti Tarix fakültəsinə 1972-ci ildə daxil olub. Universiteti 1977-ci ildə bitirib. Namizədlik dissertasiyasını 1987-ci ildə müdafiə edib. Namizədlik dissertasiyasının mövzusu «Elmin nailiyyətləri və qabaqcıl təcrübənin kənd təçsərrüfatına tətbiqi» olmuşdur Doktorluq dissertasiyasının mövzusu isə «Şimali Azərbaycanın sahibkar kəndi XIX əsrin sonu-XX əsrin əvvəllərində»dir. Doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşır. 1977-1981-ci illərdə Ağdam şəhər 3 № li orta məktəbdə işləyib. Ardı »

Azərbaycanın müharibələri‎Nadir Əliyev (milli qəhrəman) - Döyüşlərdə iştirakı

1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Almara Nəbiyeva - Məqalələri

Aşıq Ələsgərin təbiət lirikası «Folklorşünaslıq məsələləri» IV bur. Bakı, BDU nəşri, 1999. s.128-132.
Qarabağ aşıq mühiti «Azərbaycan filoloji fikri: dünən, bu gün, sabah» konfransının materialları. Bakı, BDU nəşri, 2001. s.7-8.
Qarabağ aşıq mühiti XVIII-XIX-cu əsrlərdə «Azərbaycan filoloji fikri son 10 ildə». Azərbaycan respublikasının müstəqilliyinin 10 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, BDU nəşri, 2001. s.10-12
Yurd həsrətli aşıq. «Folklorşünaslıq məsələləri» V bur. Bakı, BDU nəşri, 2002. s.227-233.
Aşıq Hüseyn Cavan yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. «Heydər Əliyev və Azərbaycan filologiyası». Bakı, BDU nəşri, 2003. s.130-137.
Qarabağın el şairi Zülfüqar Tərtərli. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» IV Uluslararası Folklor konfransının materialları, Bakı, «Səda», 2006. s.39-43.
Qarabağ aşıq mühitində Ardı »

Azərbaycanın müharibələri‎Bişkek protokolu

Birinci iddia[redaktə]
Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir.

Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib Ardı »

Azərbaycanın müharibələri‎Faiq Ağayev (milli qəhrəman)

Həyatı[redaktə]
1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur.

Döyüşlərdə iştirakı[redaktə]
1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbiçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi.

O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək Ardı »

Azərbaycanın müharibələri‎Allahverdi Bağırov - Döyüşlərdə iştirakı

Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Ən böyük hərbi uğuru 1992-ci il 12 iyundə Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olmuşdur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi Ardı »

Azərbaycanın müharibələri‎Mahmud Canbaxışov

Həyatı[redaktə]
Canbaхışоv Mahmud Surхay оğlu 1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində dоğulmuşdur.

1988-ci ildə Göyçə mahalından deportasita olunmuş əvvəlcə Bərdə rayonunda 1990-cı ildən sonra isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır.

Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır.

Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Beyləqan rayonunda minaya düşərək şəhid olmuşdur.

Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir. Ardı »