Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi - Məktəbin müəllimləri

Məktəbin müəllimləri[redaktə]
"Azərbaycan Bayrağı" ordeni[redaktə]
Osmanov Vahid Osmanhacı oğlu — Polkovnik
Bayramov Nizami Kamran oğlu — Polkovnik-leytenant
Hüseynov Cabbar Həmzə oğlu — Polkovnik-leytenant
Əliyev Çingiz Cavan oğlu —
Əliyev Emin İmran oğlu — Mayor
"Hərbi xidmətlərə görə" medalı[redaktə]
Məmmədov Akif Gülağa oğlu — Polkovnik-leytenant
Məmmədov Mehman Hüseyn oğlu — Kapitan Ardı »

Azərbaycanın müharibələri‎Baxış Quliyev

Baxış Hüseyn oğlu Quliyev — şəhid.

Həyatı[redaktə]
Baxış Hüseyn oğlu Quliyev 1959-cu il iyunun 22-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub.1976-ci ildə Quzanlı kənd orta məktəbini bitirəndən sonra kolxozda işləyib.1978-ci ildə sovet ordusuna çağrılan Baxış ikiillik hərbi xidmətini Moskva şəhərində başa vurub.Əsgərlikdən sonra kolxozda çalışıb.

1982-ci ildə Qazaxıstana köçən Baxış burada bir müddət kənd təsərrüfatında işlədikdən sonra Altay ölkəsinə gedir, orada fabrikdə işə düzəlir.İşləyə-işləyə politexnik instituna daxil olur,bir müddət burada oxuduqdan sonra Ümumittifaq yüngül sənaye və toxuculuq institutuna dəyişilir.Təhsilini bitirib yenidən doğulduğu kəndə qayıdır.1990-cı ildən Ağdam dəzgahqayırma zavodunda mühəndis kimi işə başlayır.Xocalı soyqırımından az sonra ,1992-ci ilin martında könüllü olaraq milli orduya yazılır.Şirin Mirzəyevin Ardı »

Azərbaycanın müharibələri‎Mehman Sayadov

Həyatı[redaktə]
1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.

Döyüşlərdə iştirakı[redaktə]
5 noyabr 1992-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni Ardı »

Azərbaycanın müharibələri‎Daşqın Ağamalıyev

Daşqın Ağamalıyev — Qarabağ müharibəsi iştirakçısı.

Daşqın Kərim oğlu Ağamalıyev 1963-cü ildə Qazıməmməd şəhərində anadan olub. 5 saylı orta məktəbi bitirdikdən sonra Bakı Politexnik texnikumuna daxil olub. 1982-ci il aprelin 19-da həmin məktəbi qurtarıb. Səbail payon hərbi komissarlığından Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1983-1987-ci illərdə Sankt Peterburq Ali Hərbi Siyasi Məktəbində təhsil alıb. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. Qubadlı və Füzuli rayonlarının müdafiəsində mərdliklə döyüşüb.Sonra o, respublika Müdafiə Nazirliyinin tabeliyində olan hərbi alayın tərkibində Qazaxda, Zəngilan və Beyləqan bölgələrində də tez-tez olub.

1994-cü il may ayının 15-də döyüş bölgəsindən qayıdanda qardaşıgildən həyat yoldaşı və körpə oğlunu götürüb Giləzidəki hərbi Ardı »

Azərbaycanın müharibələri‎Atılmamış güllələr (film, 2008)

Məzmun[redaktə]
Hadisələr 1991-1994 illərin Qarabağ müharibəsi zamanı cərəyan edir. 23 yaşlı gənc şair, Ermənistanın Yazıçılar Birliyinin üzvü, Aqvan Minosyan evi tərk edib qardaşı Aşotun başçılıq elədiyi könüllü dəstəyə qoşulur. Döyüşlərin birində Aqvan ölümcül yaralanır və həlak olur. Filmin süjet xətti Aşotun

Film haqqında[redaktə]
Filmdə çox sayda sənədli kadrdan istifadə olunub.
Film Ermənistan hər il keçirdiyi "Qızıl ərik" uluslararası kino festivalında nümayiş etdirilib. Ardı »

Azərbaycanın müharibələri‎Bir ovuc torpaqdır yarama məlhəm (kitab)

Vüqar Əsgərov və Ötərxan Eltacın birgə qələmə aldıqları “Bir ovuc torpaqdır yarama məlhəm” kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır. Kitab 2012-ci ildə “Apastroff” nəşriyyatında nəşrə hazırlanıb və çap edilmişdir (ISBN 978995244713).

144 səhifəlik “Bir ovuc torpaqdır yarama məlhəm” kitabı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Sabir Əvəz oğlu Səmədovun xatirəsinə həsr edilmişdir. Kitabda ailəsinin, döyüş yoldaşlarının xatirələri yer almış, onun keçdiyi döyüş yolu haqqında oxuculara geniş məlumat verilir.

2012-ci il may ayının 15-də Cəbrayıl qaçqınlarının məskunlaşdığı Beşinci qəsəbənin klubunda kitabın təntənəli təqdimat mərasimi keçirilmişdir. Tədbirin aparıcısı Sədaqət Ağayev olmuşdur. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Xatirə Kitabı Ardı »

Azərbaycanın müharibələri‎Elşad Yəhyayev

Həyatı[redaktə]
5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.

Döyüşlərdə iştirakı[redaktə]
Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri Ardı »

Azərbaycanın müharibələri‎Nadir İsayev

Nadir İsayev - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Nadir Mikayıl oğlu İsayev 1964-cü ildə Laçın rayonunun Vağazin kəndində anadan olmuşdur.

1981-ci ildə Vağazin kənd orta məktəbini bitirdikdən sonra Bakı Neft Texnikumuna daxil olmuşdur.

1983-cü ildə hərbi xidmətə gedib, sonra isə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

Laçın rayonuna ermənilərin hücumu zamanı Vağazin kəndinin müdafiəsində iştirak edib və 1992-ci il may ayının 24-də ermənilərlə döyüşdə əmisi Baxşəli İsayevlə birlikdə şəhid olmuşdur.

Ermənilər kəntdən çıxrıldıqdan sonra Vağazin kəndində dəfn olunmuşdur, subay idi. Ardı »