Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Həsənqulu Qasımov

Həyatı[redaktə]
Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il İyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.

Döyüşlərdə iştirakı[redaktə]
Tərxis olunduqdan sonra vətənin müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Onun başçılıq etdiyi taqım əsasən Ermənistan ilə sərhəd olan Yuxarı Cibikli kəndini müdafiə etmişdir. Döyüşlərdə cəsurluğuna və qorxmazlığına, bir də öz komandirini ölümdən qurtararkən sinəsini düşmən gülləsinin qarşısına verə Qorxmaz Əlövsət oğlu Baxşəliyevin xatirəsinə görə el arasında Həsənqulu Qorxmaz çağrılırdı. Onun son döyüşü 1992-ci ilin Ardı »

Azərbaycanın müharibələri‎Rahim Babayev

Haqqında[redaktə]
1970-ci il dekabrın 5-də Ordubadda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin III kurs tələbəsi idi.

Şəhid olması[redaktə]
Yanvarın 19-da gecə saat 12-də evdən çıxıb, bir daha geri qayıtmayıb; Gecə saat 2-də tələbə yoldaşı Vüqar Hacıyev onu Salyan qazarmasının yanında görüb. Altı günlük axtarışdan sonra yanvarın 25-də meyidi Semaşko adına xəstəxananın meyidxanasında tapılıb.

Fakt[redaktə]
9 rəqəmi görünür Rahimə bədbəxtlik gətirən rəqəm olub:. Şəhidlər xiyabanında dəfn edilib. Ardı »

Azərbaycanın müharibələri‎Mirəsgər Seyidov

Həyatı[redaktə]
6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı[redaktə]
"Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu.

Ailəsi[redaktə]
Subay idi.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən Ardı »

Azərbaycanın müharibələri‎Taleh Cabbarov

Taleh Cəmil oğlu Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan təxris olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi.

Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi.

Sumqayıt Ardı »

Azərbaycanın müharibələri‎Fazil Baxşəliyev - Əmək fəaliyyəti

1977-1981-ci illərdə Ağdam şəhər 3 № li orta məktəbdə işləyib. 1981-88-ci illərdə Xankəndi Dövlət Pedoqoji İnstitutunda fəaliyyət göstərib. 1988-ci ildən 1990-cı ilə qədər isə Cəncə Dövlət Pedaqoji Universitetində işləyib. 1990-99- cu illərdə öz fəaliyyətini Azərbaycan Dövlət Pedoqoji Universitetində davam etdirib. 1999-2005-ci illərdə Bakı şəhər 160№li orta məktəbdə fəaliyyət göstərib. 2005-ci ildən bəri isə Bakı Dövlət Universitetində işləyir. İşlədiyi kafedra "Slavyan ölkələri tarixi"dir. Dərsləri də slavyan ölkələri tarixi fənnindən aparır. 24 məqalə, 1 monoqrafiya və 1 kitab müəllifidir.

Tədqiqat sahəsi[redaktə]
Tədqiqat sahəsi «Rusiyanın yeni dövr tarixi» dir. Ardı »

Azərbaycanın müharibələri‎Azərbaycan Respublikası Xatirə Kitabı

Kitab haqqında[redaktə]
Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib.

Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.

Kitab ümumilikdə 20 cilddən ibarət olacağı və nəşrin 2015-ci ilə kimi başa çatdırılması nəzərdə tutulub.

Kitabın redaksiya heyəti[redaktə]
Titul səhifəsi[redaktə]
Baş redaktor: Nahid Rəhim oğlu Hacıyev
Şöbə müdiri: Kamil Mikayıl oğlu İsmayılov
Böyük redaktor: Vüqar İsa oğlu Əsgərov Ardı »

Azərbaycanın müharibələri‎Monte Melkonyan

Həyatı[redaktə]
Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir. Lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Ardı »

Azərbaycanın müharibələri‎Vüqar Yarməmmədov

Həyatı[redaktə]
Vüqar Məmməd oğlu Yarməmmədov 11 noyabr 1960-cı ildə Kürdəmir rayonunda müəllim ailəsində dünyaya gəlib. Vüqar altı uşaqlı ailənin 4-cü övladı olub. 1967-1977-ci illərdə Kürdəmir rayon 1 saylı orta məktəbində təhsil alıb. Elə həmin il indiki Kooperasiya (əvvəlki Sənaye) texnikumuna daxil olub. Hərbi xidməti Rusiyanın Udmurtiya vilayətində bitirdikdən sonra təhsilini davam etdirib. Təhsilini tamamladıqdan sonra ailə qurub və bu izdivacdan iki qız, bir oğul övladı dünyaya gəlib. 1983-cü ildə ailəsi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb. Orda əvvəlcə komendant, sonra isə polis vəzifəsində çalışıb.

Qarabağ müharibəsi başlayandan sonra Vüqar Sankt-Peterburqda qərar tuta bilmir və ailəsini də götürərək Azərbaycana qayıdır. Könüllü olaraq Şuşaya yollanan V.Yarməmmədov Ardı »