Həyatı[redaktə]
Sabir Allahverdi oğlu Axundov 1931-ci ildə Ağdamda anadan olmuşdur.
Sabir Axundov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloci-coğrafiya fakültəsində təhsil almış (1950-55), hidrogeoloq ixtisasına yiyələnmişdir. O, Özbəkistanda Surxan-Dərya vilayətinin hidrogeoloci stansiyasında mühəndis-hidrogeoloq (1955-57), Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası, akad.H.Əliyev adına Coğrafiya İnstitutu) Coğrafiya İnstitutunda kiçik elmi işçi (1957-59) vəzifələrində işləmişdir.
Sabir Axundov 1959-1962 illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun əyani aspiranturasında təhsil almış, 1963-cü ildə "Şirvan çaylarının sülb axını" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin institutda 1962-1966 illərdə böyük elmi işçi vəzifəsində işləyən Sabir Axundov 1966-cı ildə Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası, akad.H.Əliyev adına Coğrafiya Ardı »