Azərbaycanın müharibələri → Rəşadət Bəşirov
Həyatı[redaktə]
Rəşadət Bəşirov 27 may 1951-ci ildə Ağdam şəhərində müəllim ailəsində anadan olub.
1958-ci ildə şəhər 2 saylı məktəbin birinci sinfinə qəbul olunmuş, 1968-ci ildə həmin məktəbi qızıl medalla bitirib.
1968-ci ildə BDU-nun Biologiya fakültəsinə qəbul olub.
Təhsili, elmi dərəcə və elmi adları
1968-1973 – tələbə, biologiya fakultəsi, Bakı Dövlət Universiteti;
1992 - «Müxtəlif mineral qidalanma şəraitində Qarabağ şəraitində becərilən payızlıq buğda sortlarının davamlılığının və məhsuldarlığının artırılması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1973-1975-ci illərdə təyinatla indiki Qəbələ rayonunda müəllimlik edib;
1975-1978-ci ildə BDU-nun aspirantı olub;
1979-cu ildən BDU-nun Botanika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim vəzifələrində calışıb;
Apardığı dərslər: Botanika, Aqrofitosenologiya, Mədəni bitkilərin mənşəyi, Müasir təbiətşünaslığın konsepsiyaları.
Beynəlxalq Ardı »