Azərbaycanın müharibələri → Ermənistanda Qarabağ hərəkatı
Ermənistanda "Qarabağ hərəkatı" (erm. Ղարաբաղյան շարժում) — erməni millətçilərinin Ermənistan SSR-də və DQMV-də 1980-ci illərin sonunda başlamış olduqları hərəkat. Hərəkatın ilkin məqsədi DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi.
Hələ 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu prosesin təşkilatçıları imza toplama kampaniyasını “Referendum” adlandırırdılar.
Dekabrın 1-i Qarabağ ermənilərinin nümayəndə heyəti tələbləri və toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinin qəbul şöbəsinə təhvil verir. Müxtəlif mənbələrin verdiyi məlumata əsasən cəmi 75-80 min imza toplanmışdı. 1988-ci ilin yanvarında yazıçı Zoriy Balayanın və İqor Muradyanın aktiv iştirakı ilə Moskvaya Qarabağ ermənilərinin daha bir nümayəndə heyəti Ardı »