Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Tofiq İsmayılov (akademik)

Tofiq Kazım oğlu İsmayılov — Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.[2]

Beynəlxalq elmi-texniki jurnal "Məsafədən duyma üzrə xülasə jurnalı"nın (Vaşinqton), "Kosmik Tədqiqatları EİB məlumatları" dövrü nəşrin redaktoru, "Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri"nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü, həmçinin Beynəlxalq Astronomik İttifaqın, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdu.

1989-cu ildən SSRİ Xalq Ardı »

Azərbaycanın müharibələri‎Aida Qasımova - Seçilmiş əsərləri

Mütənəbbinin ləqəbi barədə həqiqətlər və yalanlar arasında, Əl-Bəyan. Kuveyt Yazıçılar İttifaqının orqanı. Əl-Kuveyt, 2002 noyabr, s.41-49
Bakıda ərəb əlyazmaları, əl-Feysal. Əl-Feysal mədəniyyət evinin orqanı. əl-Riyad, 2003, iyul, s.50-69
Klassik Azərbaycan şeirində Quran mənaları, əl-Ədəbül-İslamiyyu. əl-Riyad, 2003, № 37, s.78-83
Gizli rəmzlərdən real hadisələrədək. (Fikri Nəqqaşın «Məmluk komediyası» əsəri barədə düşüncələr), Əl-Səqafə əl Cədidə. Qahirə, 2004, s.29-34
Qırmızı terror qurbanları, əl-Feysal. Əl-Feysal mədəniyyət evinin orqanı. əl-Riyad, 2005, yanvar, № 341, s.44-63
Azərbaycanla Misir arasında mədəni əlaqələr, əl-Vatanul-arabi. Paris-Beyrut, 2006, iyun, s.52
İslamın yaranması dövründə ərəb ədəbiyyatı (ərəb ədəbiyyatı kursuna dair metodik göstəriş) Bakı, BDU, 1998, 30 səh.
Klassik ərəb ədəbiyyatına dair müntəxəbat,– M.Mahmudov. Klassik ərəb ədəbiyyatı. Bakı, 2001, s.215-256
Klassik Ardı »

Azərbaycanın müharibələri‎Seyid Həşim

Həyatı[redaktə]
Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.

Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1818 - ?) kiçik qızı Mələk xanımla (? – Ardı »

Azərbaycanın müharibələri‎Fəxrəddin Bəşirov

Həyatı[redaktə]
Fəxrəddin Çərkəz oğlu Bəşirov 1966-cı il yanvarın 20-də Quzanlıda anadan olub. 1983-cü ildə Quzanlı kənd orta məktəbini, 1988-ci ildə Mingəçevir politexnik texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib. Neptun zavodunda işə düzəlib.

1989-cu ildə Fəxrəddin orada qiyabi Politexnik institutuna daxil olur, bundan bir il sonra Bakıya gəlib Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayır.

1992-ci ilin 10 avqustunda, cəbhədə döyüşlərin qızğın çağında Fəxrəddin könüllü olaraq milli orduya yazılır. Ala Yaqubun başçılıq etdiyi batalyonun tərkibində döyüşürdü. Onun döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib.

Fəxrəddin avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə ürəyinə dəyən snayper gülləsindən Ardı »

Azərbaycanın müharibələri‎İslam Quliyev

Həyatı[redaktə]
Quliyev İslam İdris oğlu 1957-ci il iyulun 1-də Laçın rayonunun Fingə kəndində anadan olmuşdur[1]. Laçında doğulsa da, İslam uşaq yaşlarından Kərkicahanda yaşamış, orta məktəbi orada bitirmişdir.

Erməni təcavüzünün ilk vaxtlarında Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından biri olmuş, ona rəhbərlik etmişdir. Müdafiə Nazirliyi nəzdində yaradılmış partizan dəstəsinin komandiri olmuşdur. Kərkicahan, Kosalar, Şuşa, Ağdərə döyüşlərində özü və rotası həmişə seçilibdir. Onun rəhbərlik etdiyi Kərkicahan rotası Şuşanın işğalı zamanı axıra qədər döyüşüb və oranı axırıncı tərk edənlərdən olublar.

1992-ci il avqust ayının 25-dən sonra eşidir ki, Şuşa batalyonu Ağdərə istiqamətində döyüşə gedib. O, Kərkicahan döyüşçülərini də götürüb Ağdərə rayonuna gəlirlər. Avqustun 31-də Mehmanə kəndi istiqamətində irəliləyib yollardan Ardı »

Azərbaycanın müharibələri‎Ziyəddin Göyüşov - Elmi yaradıcılığı

Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.
Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən, etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü biruzə verir. Əxlaq insan cəmiyyətinin ən qədim və mühüm ünsürlərindən olduğu üçün öz əksini dində, ədəbiyyatda, bədii yaradıcılıqda, elmdə və təhsildə tapmışdır. Ziyəddin Göyüşovun məramı o idi ki, qədim tarixi və mədəniyyəti Ardı »

Azərbaycanın müharibələri‎Adikə Soltanova - Ailəsi

Adikə xanımın üç övladı var. Övladları ali təhsillidir.

Oğlu Cavad Əkbər oğlu Cavadzadə BDU-nin “Sosial elmlər və psixologiya” fakültəsinin “Siyasi iqtisad” ixtisasını bitirmişdir. Magistraturanı qurtarmış, hal-hazırda Xətai rayon ƏHSMM-də Baş məsləhətçi vəzifəsində işləyir.

İkinci oğlu Nəsimi Əkbər oğlu Cavadzadə Beynəlxalq Universitetin “Hüquq” fakültəsini bitirərək Heydər Əliyev adına AAHM-də “Baş müəllim” vəzifəsində işləyir.

Qızı Günay Əkbər qızı Cavadzadə BDU-nu bitirmişdir. Hal-hazırda Xətai rayon ƏHSMM-də mühasib vəzifəsində çalışır. Ardı »

Azərbaycanın müharibələri‎Əkbər Rüstəmov

Həyatı[redaktə]
Əkbər Məhəmməd oğlu Rüstəmov 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1973-cü ildən Ağdam şəhər 50 saylı orta texniki-peşə məktəbində bədən tərbiyəsi üzərə idman rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə 50 saylı orta texniki-peşə məktəbinin bazasında yaratdığı ,,Şəfəq,, futbol komandası bir ildən sonra respublika çempionu adına layiq görülmüşdür.Əkbər Rüstəmov 1988-ci ildən Azərbaycanın müstəqilliyi uğrunda milli-azadlıq hərakatına qoşulmuşdur və milli azadlıq hərəkatının özünüimüdafiə dəstəsində fəal iştirak etmişdir. 1989-cu ildə Lağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə maddi yardım daşıyan maşın karvanları məhz onun müşayəti ilə son məntəqəyə çatdırılırdı. Erməni quldurları yolları bağladıqdan sonra həmin məntəqələrin Ağdamla hava ilə əlaqəsinin təmin olunmasında əvəzsiz xidmətlər göstərmişdir. 1992-ci ilin Ardı »