Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Flora KərimovaBunu Səndən gözləməzdim – Flora Kərimova

Ömür solar, arasından zaman sızar
Buludların arxasından duman sızar
Haqqı yerdə gözləməyə zamanım var
Elə bildim imansıza iman verdim…

Bəxş etdiyin həyat zindanmıdır?
Gülün yeri torpaqmıdır, güldanmıdır?
Yandırdığın, elə yanır, külü qalmır..
Nə yaxşı ki, yanmağıma güman verdin

Ulu tanrım, bunu Səndən gözləməzdim,
Varlığıma nə qəribə fərman verdin?..
Əhd eyləydim, niyə tutdun, çarə gəzdim..
Təzə dərdi köhnə dərdə dərman verdin..

İl dəyişdi, günə baxdım, aya baxdım
Bu gün,sabah
Güləcəkmiş bir də bəxtim…
Çırpındıqca,
suya baxdım göyə baxdım..

Kimi desən, yandırmağa..
Mənim kimi milyonuna zorun çata
Dünya dardır, at üstünə torun çatar,
Bəlkə səni görməyimə imkan verdin… Ardı »

Flora KərimovaMən səni sevmişəm, səndən xəbərsiz – Flora Kərimova

Dağların başına düşən qardır,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Sinəmi göynədən intizar dumanı,
Qəlbimdən xəbərsiz, məndən xəbərsiz.

Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna, qoy, gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.

Gör, mənim qismətim mənə nələr verir,
Uzaq sahili də yaxın gələrmiş,
Sən demə, dağlar qar ələnərmiş,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.

Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna, qoy, gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz. Ardı »

Flora KərimovaƏzizim – Flora Kərimova

Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr
Hər nə geysəm vücuduma dar gələr
Bu darlığa dözmək olmur əzizim.

Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır.
Arzularım nakam qalan dünyadır,
Dağılanı düzmək olmur əzizim.

Kaş ki, dünya zalımlığın ataydı
Qəlbm bir an istəyinə çataydı.
Yaşamağım göz yaşıdı, haraydı
Göz yaşına dözmək olmur əzizim. Ardı »

Flora KərimovaGün keçdi – Flora Kərimova

Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya hayana gedək.1
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya hayana gedək.2

Bahar həsrətiylə payız axşamı
Yenə həzn həzn titrədi ürək.1
Bahar həsrətiylə payız axşamı
Yenə həzn həzn titrədi ürək.2

Yağışın əlindən qaçıb bir küncə
Dayandı üzümüz dənizə sarı.1
Yağışın əlindən qaçıb bir küncə
Dayandı üzümüz dənizə sarı.2

Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı.1
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı.2 Ardı »

Flora KərimovaEy Vətən – Flora Kərimova

Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm, ey Vətən.
Meşələrin çətirlidir,
Gül-çüçəyin ətirlidir, ey Vətən.

Çəməninə qonan şehdən,
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.

Tarixlərdə adın olub
Ağ günlərin nəğmə dolu
Bir anasan məhəbbətli
Gözəllərin sədaqətli.

Çəməninə qonan şehdən,
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey Vətən. Ardı »

Flora KərimovaGörüş – Flora Kərimova

Yadındamı bizim ilk görüşümüz?
O incə baxışın, o qaynar gözün.
Necə hədər oldu ötən ömrümüz,
O illərdən qalıb `sevirəm` sözü.

Sənin bir qızın var, mənim bir oğlum.
Adını qoymuşam öz övladıma.
Sizin tərəflərə düşəndə yolum,
Ötən illər bir-bir düşər yadıma.

Gözümün önünə gəldi yenidən,
Cavanlıq illəri, ilk səadətim.
Elə bil yuxudan ayıldım birdən,
Duydum ki, yaşayır ilk məhəbbətim.

Bu gün zəng elədim, yandım səsindən.
Dedin ki, `bağışla, keç günahımdan.`
Səndə nə günah var, nədən keçim mən?
Öz dönük bəxtimi bağışlamıram.

`Bağışla` söyləyən dilinlə bu gün,
Bir zaman qəlbimə dəymişdin, niyə?
Səni həmişəlik sevdiyim üçün,
Od vurdum ilk dəfə gördüyüm günə…

Gözümün önündən getmir heç yana.
Cavanlıq illəri, ilk səadətim.
Oğlumu çağırdım, qaçdı yanıma,
Yenə də mən sənin adını andım. Ardı »

Flora KərimovaYalvarıram – Flora Kərimova

İnanmıram sevgimiz bir badə şərabmış,
Məhəbbətsiz ötən hər gün inan əzabmış.
Yollarımız çətin ki, hardasa qovuşa,
Bu dünyanın gündüzü gecəsi sovuşa.

Yalvarıram, əzablardan al məni qurtar,
Yuxularda əlimdən tuit özünlə apar…
O dünyada bəlkə ruhumuz qovuşacaq.
Sənsiz ürək qiyamət qoparacaq!

Darıxıram, dünyam sənsiz qürbət olarmış,
Gecə gündüz göylərimiz qəmlə dolarmış…
Yağış yağa bəlkə qəmi kədəri yuya,
Ayrılıqdan bu dünyamız bəlkə də doya! Ardı »