Bunu Səndən gözləməzdim – Flora Kərimova
Ömür solar, arasından zaman sızar
Buludların arxasından duman sızar
Haqqı yerdə gözləməyə zamanım var
Elə bildim imansıza iman verdim…
Bəxş etdiyin həyat zindanmıdır?
Gülün yeri torpaqmıdır, güldanmıdır?
Yandırdığın, elə yanır, külü qalmır..
Nə yaxşı ki, yanmağıma güman verdin
Ulu tanrım, bunu Səndən gözləməzdim,
Varlığıma nə qəribə fərman verdin?..
Əhd eyləydim, niyə tutdun, çarə gəzdim..
Təzə dərdi köhnə dərdə dərman verdin..
İl dəyişdi, günə baxdım, aya baxdım
Bu gün,sabah
Güləcəkmiş bir də bəxtim…
Çırpındıqca,
suya baxdım göyə baxdım..
Kimi desən, yandırmağa..
Mənim kimi milyonuna zorun çata
Dünya dardır, at üstünə torun çatar,
Bəlkə səni görməyimə imkan verdin…
Tarix: 22.01.2015 / 18:17 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Flora Kərimova
loading...