Əzizim – Flora Kərimova
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr
Hər nə geysəm vücuduma dar gələr
Bu darlığa dözmək olmur əzizim.
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır.
Arzularım nakam qalan dünyadır,
Dağılanı düzmək olmur əzizim.
Kaş ki, dünya zalımlığın ataydı
Qəlbm bir an istəyinə çataydı.
Yaşamağım göz yaşıdı, haraydı
Göz yaşına dözmək olmur əzizim.
Tarix: 22.01.2015 / 18:17 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Flora Kərimova
loading...