Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarŞahmar Qəribli

Şahmar Qəribli — rejissor, aktyor, səsləndirici.Mündəricat [gizlə]
1 Həyatı
2 Teatrda oynadığı rollar
3 Quruluş verdiyi tamaşalar
4 Filmoqrafiya
5 Şəkil
6 Həmçinin bax

[redaktə]
Həyatı

Şahmar Qərib oğlu Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakultəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə Ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illər "Lider" Telekanalında fəaliyyət göstərib.
[redaktə]
Teatrda oynadığı rollar
Şahsuvar (S.Vurğun "Komsomol poeması"),
Fağır Bağır (Anar "Adamın adamı")
Kərim müəllim (M.Süleymanlı "Dəyirman")
Rüstəm (N.Hikmət "Bayramın birinci günü")
Jandarm (N.Həsənzadə "Bütün Şərq bilsin")
Qumarbaz (N.Qoqol "Müfəttiş")
[redaktə]
Quruluş verdiyi tamaşalar
"Ölülər" (C.Məmmədquluzadə)
"Qorxaq" (Ə.M.Lələdağ), "Dəfn" (A.Həsənoğlu)
"Sehirli açar" (Ş.Qəribli)
"Anasının Ardı »

AktyorlarTosiro Mifune

Tosiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru.
[redaktə]
Həyatı

Tosiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Tosiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Tosiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı.

1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir. Bu zaman baş vermiş tətildən sonra kinostudiyadan böyük aktyor qrupu çıxıb getmişdi. Beləliklə, kinostudiya "yeni sima" axtarışına çıxır. Buraya 4000-dən artıq insan qatılır. Ardı »

AktyorlarMəmməd Məmmədov (aktyor)

Həyatı
Aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Aktyor Ülvi Mehdinin dayısıdır.
[redaktə]
Filmoqrafiya
Vulkana doğru (film, 1977)
Anın quruluşu (film, 1980)
Bağlı qapı (film, 1981)
Üzeyir ömrü (film, 1981)
Gümüşü furqon (film, 1982)
Asif, Vasif, Ağasif (film, 1983)
Burulğan (film, 1986)
Təxribat (film, 1990)
Ardı »

AktyorlarAleksandr Demyanenko

[color=#173bd3]Aleksandr Sergeyeviç Demyanenko (rus. Александр Сергеевич Демьяненко) — rus aktyoru, RSFSR-in xalq artisti (1991).
[redaktə]
Həyatı

Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə anadan olmuşdur. O, ən tanınmış rus aktyorlarından biri idi. Onun ifa etdiyi Şurik rolu ötən əsrin 60-cı illərində komediya aləmində ən məşhur obraz sayılırdı.

Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko aktyorluq sənətinə yiyələnmək qərarına gəlir. Bu sahə üzrə təhsil aldıqdan sonra o, Mayakovski adına teatrın səhnəsində bir neçə rol ifa edir. Bundan sonra Aleksandr paytaxtı tərk edir və ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir.

О 1984-cü ildən Akimov adına komediya teatrının aktyoru kimi çalışmağa başlayır. A. Demyanenko bu teatrın səhnəsində bir Ardı »

AktyorlarErik Roberts

Erik Entoni Roberts (ing. Eric Anthony Roberts, 18 aprel 1956, Biloksi, Missisipi, ABŞ) — ABŞ kinoaktyoru. Culiya Robertsin böyük qardaşı. 100-dən artıq kinofilmdə çəkilmişdir. Ardı »

AktyorlarMəmmədəli Balayev

Balayev Məmmədəli Bəşir oğlu — Aktyor, Azərbaycan Respublikasının əməkdar artisti, "Qızıl Dərviş" mükafatçısıdır. [Mənbə göstərin]
[redaktə]
Həyatı

Məmmədəli Balayev 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1962-ci ildən Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Eyni zamanda 1990-cı ildən hal hazıra kimi Gəncə dövlət Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərməkdədir. Bu illər ərzində o, N. Gəncəvinin Xəmsəsi motivləri əsasında hazırlanmış tamaşalarda Nizami Gəncəvi obrazının əvəzolunmaz ifaçısı kimi tamaşaçıların hörmət və rəğbətini qazanmışdır.

Respublikanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatçısıdır.
[redaktə]
Filmoqrafiya
Haray (film, 1993)
Ardı »

AktyorlarHacıağa Abbasov

Abbasov Hacıağa Mütəllib oğlu — aktyor, teatr təşkilatçısı və rəhbəri, ictimai xadim.
[redaktə]
Həyatı

Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.

Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının Ardı »

AktyorlarHəsən Adıgözəlzadə

Bəstəkar. Aktyor
[redaktə]
Həyatı

Bəstəkar Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də anadan olub.

Əsərləri: Simfoniya, "Azərbaycan" və "Bursa" kantatası, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün Sonatalar, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar, teatr tamaşalarına musiqi, xalq çalğı alətlər üçün əsərlər.
[redaktə]
Filmoqrafiya
Ağlar-güləyən (film, 1988)
Ardı »