Aktyorlar → Həsənağa Salayev
[color=#fe5e5e]Həsənağa Salayev – aktyor, film səsləndirən, arxiv kadrlarda iştirak edən.Mündəricat [gizlə]
1 Həyatı
2 Teatr səhnəsində rolları
3 Filmoqrafiya
4 Həmçinin bax
[redaktə]
Həyatı
Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. Qısa Ardı »