Aktyorlar → Əlihüseyn Qafarlı
Aktyor
[redaktə]
Həyatı
Musiqili Komediya Teatrının kiassik peşəkar aktyorlarından biri də Əlihüseyin Qafarlı olub. Yüksək aktyorluq texnikasına malik idi. Milli xalq oyun estetikasına əsaslanan zəngin və son dərəcə əlvan, parlaq, mənalı ifadə vasitələri vardı. Kəskin qroteskii obrazların ifasında məsxərə və məzhəkə teatr poetikasının elementlərindən istifadə edərdi. Qroteskdə də, sarkazında da, açıq satirada da, karnavalvari yumorda da heç vaxt ölçü əndazəsini itirməz, oyunu özünəməxsus emosional cazibəsində, saf gülüş təravətində qalardı. Oynadığı rolun daxili mənəviyyatını, insani xüsusiyyətlərinin mahiyyətini tipik hərəkət vasitələrində tamaşaçılara çatdırardı. Sadə, ilk baxışda nəzərə çarpmayan, daha doğrusu maraq doğurmayan ştrixlərdən, detallardan elə yerli-yerində, elə məharətlə istifadə edirdi ki, onsuz həmin rolu təsəvvürə gətirmək Ardı »