Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı)Qız qalası (Bakı) Funksiyası

Qız qalasının tikilmə tarixi kimi funksiyası barədə də irəli sürülən mülahizələrin bir çoxu inandırıcı arqumentlərə arxalandığı halda, fərziyyə və uydurmadan irəli getməyəni də var. SSRİ dövrü mətbuatında yayılan Qız qalasının guya Roma imperatoru Domisianın (I əsr) şərəfinə ucaldılmış "Kesar məbədi" olması haqqında yayılan informasiya bu cür, heç bir tarixi, elmi əsası olmayan, tendensiyalı uydurmadır.

Funksiyaca Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Prof. Cəfər Qiyasi qeyd edir ki,

"Qız qalasının əvvələr hansı məqsədlə inşa edilməsi üzərində dayanmadan demək olar ki, abidədə uzunmüddətli passiv müdafiə üçün tikilmiş qüllə Ardı »

Qız qalası (Bakı)Qız qalası (Cəbrayıl)

Bu adın digər istifadə formaları üçün, bax: Qız qalası (dəqiqləşdirmə).
Qız qalası
Tikili haqqında məlumat
Orijinal adıQız qalası
ÖlkəFlag of Azerbaijan.svg Azərbaycan
YeriCəbrayıl
TikiliQala
Tipiİstehkam qala
VəziyyətiXarabalıqları qalıb
CəbrayılQız qalası is located in Azərbaycan
CəbrayılQız qalası
Cəbrayıl
Qız qalası


Qala Cəbrayıl rayonu ərazisində yerləşir.Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Ardı »

Qız qalası (Bakı)Qız qalası (Bakı)

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi dеşiklər vardır. Dеşiklər şaquli хətt istiqamətindədir. Bеlə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi Ardı »

Qız qalası (Bakı)Qız qalası (Bakı) Bərpası

Abidədə müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə bərpa işləri aparılmışdır. İlk bərpa işlərinin Şirvanşahlar dövləti zamanında aparıldığı güman olunur. Daha sonra Bakı xanlığı dövründə qalanın möhkəmləndirilməsi məqsədiylə bərpa işlərinin aparılması müəyyən edilmişdir. Abidədə geniş bərpa və tədqiqat işləri Azərbaycan SSR qurulduqdan sonra aparılmışdır. 1963-1965-ci illərdə qala ətraflı tədqiq edilmiş, prof. Əhmədov tərəfindən birinci mərtəbədə və qalanın ətrafında arxeoloji qazıntılar aparılmış, qala divarının içində yerləşən su quyusu kəşf edilmişdir. 2000- ci ildə İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004-2009-cu illərdə abidə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına salınmışdır. Ardı »

Qız qalası (Bakı)Qız qalası (İsmayıllı)

Qala İsmayıllı rayonunun Xanəgah kəndində yerləşir.Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədi ilə tikildiyi güman edilir.İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m2 olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada Ardı »

Qız qalası (Bakı)Qız qalası (Bakı) Memarlıq xüsusiyyətləri

Ucalığı və bayır görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız qalası, daha çox planının bənzərsiz biçimi ilə diqqəti cəlb edir. Bu bənzərsizliyi dairəvi qülləyə bitişik çıxıntı əmələ gətirmişdir. Çıxıntını araşdırmaçılar gah kontrfors – dayaq divarı, gah dalğaqıran, gah da gizli xəzinə yeri saymışlar. C. Qiyasi qeyd edir ki, funksiyası dəqiqəşdirilməyən bu ayrıntının üstü qala müdafiəçiləri üçün əlavə döyüş yeri də ola bilərdi. Abşeron qalalarının bütün müdafiə gücü onların damlarında toplanırdı və qalaya edilən basqınlara müqavimət baçlıca olaraq qüllələrin yastı damlarından aparılırdı. Qız qalasında çıxıntının dairəvi qüllə ucalığıbda qalxması, onların üst meydançaları arasında vaxtilə birbaşa Ardı »

Qız qalası (Bakı)Qız qalası (Bakı) Tədqiqi

Qız qalasının arxeoloji tədqiqinə keçən əsrin 20-ci illərinin əvvəllərində başlanılmışdır. Professor Zummerin rəhbərliyi altında bir qrup tələbə Qız qalasında arxeoloji qazıntılar aparmışdır

Tarixi və funksiyası məsələlərində bu qədər çaşğınlığın yaranmasının başlıca səbəbi Qız qalasının yazılı qaynaqlarda birbaşa anılmamasıdır. Orta əsr müəllifləri içərisində Bakı abidələrinin təsvirinə mühüm diqqət ayırmış Arif Ərdəbilinin "Bakı qəbristanlığında elə bir günbəd var ki, onu hər kim görsə heyrətdən əl çalar" kimi dəqiq ünvanı olmayan, yayğın məlumatlar isə bu məsələlərə heç bir işıq salmır.

Qız qalasının bayır səthində yerdən 14 m ucalıqda olan kiçik bir kitabə də araşdırmaçılar arasındak mübahisəni kəsə bilməmişdir. Birincisi ona görə ki, kitabə Dairəvi Mərdəkan Ardı »

Qız qalası (Bakı)Qız qalası (Bakı) Tikilməsi

Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzildə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3.000 ildən artıqdır.

Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, Ardı »